Redaktor
Dronları düşüncə ilə idarə edən startap qurdu
Dara Tumenbayeva düşüncə gücü ilə dronların idarə olunmasına yönəlmiş “Black Swan” startapının təsisçisi və baş icraçı direktorudur. O, daha əvvəl “Amazon”, həmçinin İspaniya və Malayziyada fəaliyyət göstərən müxtəlif texnologiya şirkətlərində çalışıb.
Valyuta.az "TheTech"ə istinadən xəbər verir ki, startapın ideyası 2025-ci ilin martında yaranıb.
Layihənin məqsədi FPV dronların idarəetməsində insan səhvlərini azaltmaq və prosesi daha effektiv etməkdir. Bunun üçün EEG siqnallarından istifadə olunur. Sistem istifadəçinin diqqət, sakitlik və stress səviyyəsini müəyyən edərək dron idarəetməsinə inteqrasiya edilir.
İlk prototip diqqət yarışına əsaslanıb. İştirakçılar diqqətlərini qoruyaraq dronu müəyyən marşrut üzrə idarə ediblər. Bu yanaşma texnologiyanın praktiki imkanlarını nümayiş etdirib.
Dara bildirir ki, diqqətin ölçülməsində dəqiqlik 95%-ə qədər çatır. Lakin düşüncə əsaslı xüsusi əmrlərdə nəticələr hələ daha mürəkkəbdir və əlavə inkişaf tələb olunur.
Onun sözlərinə görə, ABŞ xüsusilə “DeepTech” sahəsində böyük imkanlar təqdim edir. Dünyada real rəqabət apara bilən texnologiya mərkəzləri əsasən ABŞ, Çin, qismən isə Avropa və Yaponiyadır. ABŞ-də investor şəbəkəsi, laboratoriyalar, startap proqramları və texniki istedadlar daha əlçatandır.
Rəqabətin çox güclü olduğu bu sahədə daim yeni startaplar yaranır. San-Fransisko proqram təminatı layihələrində önə çıxır. Avadanlıq sahəsində əsas rəqiblər isə daha çox ABŞ xaricində - Hindistan, Çin və İsraildə yerləşir.
Tumenbayeva qeyd edir ki, startapın ilk mərhələsində ailəsinin həm mənəvi, həm də maliyyə dəstəyi mühüm rol oynayıb. Onun sözlərinə görə, yaxınlarının inamı və dəstəyi layihənin inkişafında vacib amillərdən biri olub.
Hazırda əsas məqsəd layihənin inkişafı üçün 2 milyon dollara qədər “Pre-Seed” investisiyası cəlb etmək, daha sonra istehsal və miqyaslanma mərhələsinə keçməkdir.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Clopos INMerge Ventures-dan investisiya cəlb edib
"Bir çox startap ilk istifadəçisini belə qazanmamış investisiya axtarır"
Azərbaycanlının startapı 100 min dollar investisiya alıb
Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb
Azərbaycanlı gənclər restoranlara qazandıran startap yaradıblar
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI" öz telefonu ilə smartfon bazarına daxil olmağa hazırlaşır
28.04.2026İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
28.04.2026İlham Əliyevin medal verdiyi türk və alman iş adamları kimdir?
28.04.2026Prezident məşhur şirkətin sahibinə "Tərəqqi" medalı verdi
28.04.2026İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib
28.04.2026Prezident sahibkarları təltif etdi - SİYAHI
28.04.2026“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü ®
28.04.2026Azərbaycanda şirkət nizamnamə kapitalını 21,1 milyon manat azaldıb
28.04.2026Süni intellekt nəhəngi "Nvidia"dan tarixi rekord
28.04.2026Sabah hava necə olacaq?
28.04.2026
Müştərilərə verilən kreditləri 1 milyard manatdan aşağı olan banklar - CƏDVƏL
28.04.2026Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI
28.04.2026Bu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
28.04.2026“Azərbaycan Sənaye Sığorta”nın avtoyığımları 45 mindən çox azaldı
28.04.2026Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır
28.04.2026Prezident sel və daşqınlarla bağlı 85 milyon manatdan artıq vəsait ayırdı
28.04.2026