Redaktor
Əziz Ağayev: “Süni intellekt bizə 54 sual verdi, sonra 85 səhifəlik sənəd hazırladı”
“Süni intellektdən doğru cavab almaq istəyirsənsə, ona suallarını da doğru şəkildə verməlisən”.
Bu sözləri Valyuta.az-ın təşkilatçılığı ilə keçirilən “Süni intellekt gündəlik həyatımızda” seminarında ABŞ-da süni intellekt sahəsində fəaliyyət göstərən “flowlyst” şirkətinin təsisçisi Əziz Ağayev bildirib.
O, deyib ki, istifadəçilərin ən çox buraxdığı səhvlərdən biri süni intellektə kifayət qədər məlumat verməmək və dəqiqləşdirici suallar soruşmağa imkan yaratmamaqdır.
Ə.Ağayev bildirib ki, mürəkkəb tapşırıqlar zamanı süni intellektdən əvvəlcə mümkün qədər çox sual verməsini istəmək nəticənin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Nümunə olaraq öz şirkətinin istifadə şərtləri (Terms and Conditions) sənədinin hazırlanması prosesindən danışan ekspert qeyd edib ki, süni intellekt əvvəlcə 50-dən çox dəqiqləşdirici sual verib:
“Sadəcə promptu hazırlamaq üçün bizə 54 sual verdi. Təxminən 40 dəqiqə həmin sualları cavablandırdıq. Daha sonra “deep research” (dərin tədqiqat) həyata keçirdi və 85 səhifəlik istifadə şərtləri sənədi hazırladı. Hazırlanan sənədin 85-90 faizi istifadəyə hazır vəziyyətdə idi”.
Seminarda “prompt engineering” mövzusuna da toxunan Ə.Ağayev bildirib ki, uğurlu nəticə əldə etmək üçün süni intellektə konkret rol vermək, tapşırığı dəqiq ifadə etmək, kontekst və nümunələr təqdim etmək vacibdir. Onun sözlərinə görə, istifadəçilər süni intellektdən cavabın tonu və üslubu ilə bağlı da xüsusi tələblər istəyə bilərlər. Məsələn, mürəkkəb mətnləri daha sadə və anlaşılan dilə çevirmək mümkündür:
“Əgər məqsədiniz akademik məqalə yazmaq deyilsə, sadə dil daha effektivdir. Mən rəhbərlərə həmişə tövsiyə edirəm ki, mətnlərini altıncı sinif şagirdinin anlaya biləcəyi səviyyəyə uyğunlaşdırsınlar. İnsanlar qısa və sadə cümlələri daha rahat anlayırlar”, – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, süni intellekt müxtəlif peşə və sahələrin rolunu mənimsəyə bilir. Bunun üçün istifadəçi əvvəlcədən hansı formatda nəticə almaq istədiyini – mətn, cədvəl, hesabat və ya başqa formada – dəqiq şəkildə müəyyənləşdirməlidir. Əziz Ağayev hesab edir ki, süni intellektdən maksimum fayda əldə etməyin əsas yolu texnologiyaya düzgün göstəriş vermək və onu məqsədyönlü şəkildə yönləndirməkdir.
Mələk Ziyad
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
04.06.2026Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir
04.06.2026Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu
04.06.2026Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026