Redaktor
İnvestorlar 2026-cı ildə hansı startaplara yatırım edəcəklərini açıqlayıblar
“CEVF 2026” fonunda Mərkəzi Avrasiyada yeni investisiya dövrünün formalaşdığı müşahidə olunur.
Valyuta.az "TheTech"ə istinadən xəbər verir ki, vençur bazarı AI-native startaplara, "DeepTech" layihələrinə və əsas üstünlüyü ideya deyil, icra sürəti, niş ekspertizası və miqyaslana bilmə qabiliyyəti olan komandaların tərəfinə yönəlir.
İnvestorlar bildirirlər ki, 2026-cı ildə regionda əsas investisiya axını süni intellekt, "DeepTech", "CleanTech", səhiyyə elmləri və qlobal bazara yönəlmiş texnologiya layihələrinə yönələcək.
Əlim Xamitov, “MOST Ventures” fondlarının rəhbəri
Əlim Xamitov bildirib ki, “MOST Ventures” 2026-cı ildə ən azı 10 startapa investisiya yatırmağı planlaşdırır.
Onun sözlərinə görə, hazırda “MOST Accelerator Fund” vasitəsilə aktiv investisiyalar həyata keçirilir. Fond region üçün yeni model hesab olunur və müəyyən mənada Mərkəzi Asiyanın “Y Combinator”u kimi qiymətləndirilir.
Fond əsasən "Late Pre-Seed" mərhələsində olan güclü layihələrə fokuslanır. Bununla yanaşı, "Pre-Series A" mərhələsi üçün də yeni fond istifadəyə verilir. Şirkət artıq biznes modelini və məhsulunu təsdiqləmiş, miqyaslanmağa hazır "Late Seed" mərhələli startaplarla işləməyə hazır olduğunu açıqlayıb.
İnvestisiya məbləğinin 250 min dollardan 1 milyon dollara qədər dəyişəcəyi qeyd olunub.
Əlim Xamitov vurğulayıb ki, fond fəaliyyət coğrafiyasından asılı olmayaraq, Mərkəzi Asiya mənşəli təsisçilərin qurduğu iri layihələrə investisiya yatırır. Eyni zamanda Mərkəzi Asiyanı miqyaslanma bazarı kimi görən beynəlxalq şirkətlər də nəzərdən keçirilir.
Murat Abdraxmanov, “MA7 Ventures” şirkətinin təsisçisi
Murat Abdraxmanov bildirib ki, vençur bazarı daha dayanıqlı və yetkin mərhələyə keçir.
Onun sözlərinə görə, startaplar artıq mövcud modellərin kopyalanmasından uzaqlaşaraq yeni sənayelər formalaşdırmağa və qlobal bazara çıxmağa qadir AI-native həllər hazırlayır.
Abdraxmanov qeyd edib ki, şirkət həm 2025, həm də 2026-cı illərdə AI və AI-native startaplara investisiya yatırmağa davam edəcək. O hesab edir ki, bazarda artıq ideyadan daha çox layihəni həyata keçirmə qabiliyyəti, sürət və distribusiya ön plana çıxır.
Adil Nurqojin, “Big Sky Capital” şirkətinin idarəedici tərəfdaşı
Adil Nurqojin bildirib ki, hazırda qlobal startap ekosistemi qeyri-sabit mərhələdən keçir.
Onun sözlərinə görə, “Anthropic” və “Gemini” kimi iri texnologiya şirkətləri bazarı dəyişən yeni həllər təqdim edir və bu proses startaplarla yanaşı korporativ və iri şirkətlər seqmentinə də təsir göstərir.
Nurqojin hesab edir ki, belə şəraitdə sürətlə öyrənmək, texnologiyaları dərindən mənimsəmək və konkret vertikallarda ekspertiza formalaşdırmaq əsas üstünlüklərdən biridir. O qeyd edib ki, məhz bu istiqamətlərdə güclü startapların yaranması və iri investisiya raundlarının cəlb edilməsi üçün ciddi potensial mövcuddur.
Yagiz Karadeniz, “DOMiNO Ventures” şirkətinin idarəedici tərəfdaşı
Yagiz Karadeniz bildirib ki, fond Qazaxıstan, Özbəkistan, Gürcüstan və Azərbaycandan olan startaplara investisiya yatırmağı planlaşdırır.
Onun sözlərinə görə, əsas diqqət qlobal yönümlü layihələrə və ambisiyalı təsisçilərə ayrılır.
Karadeniz qeyd edib ki, investisiyalar əsasən AI, "DeepTech", "CleanTech" və əlaqəli sahələri əhatə edəcək. Şirkət layihələri qiymətləndirərkən ilk növbədə konkret sahə üzrə ekspertiza dərinliyinə diqqət yetirir.
Abduəzəlal Toşxocayev, “UzVC” şirkətinin idarəedici tərəfdaşı
Abduəzəlal Toşxocayev bildirib ki, "DeepTech" gələcəkdə adi texnologiya seqmentinə çevriləcək.
Onun sözlərinə görə, əvvəllər adi IT şirkətləri startap hesab olunduğu kimi, innovativ texnologiya şirkətləri də zamanla bazarın standart hissəsinə çevriləcək.
Toşxocayev qeyd edib ki, süni intellektin inkişafı sayəsində bir neçə il əvvəl reallaşdırılması çətin görünən "DeepTech" layihələrini artıq daha rahat şəkildə həyata keçirmək mümkündür.
O əlavə edib ki, “UzVC” 2026-cı ildə əsas diqqəti "DeepTech" istiqamətinə yönəltməyi planlaşdırır. Fondun prioritet sahələri sırasında farmasevtika və health science layihələri yer alacaq.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Azərbaycanlı cütlük qarşılaşdıqları problemdən startap qurdu - Biznesin 10 mindən çox istifadəçisi var
Startap ideyası tapmaq üçün təsisçilər haradan başlamalıdır? - 6 əsas mənbə
"Azərbaycanda startap qurarkən mütləq nəzərə almaq lazımdır ki..."- Nicat Manafov