Redaktor
Azərbaycanın qonşuları arasında ən sürətli mobil internet hansı ölkədədir?
2026-cı il üzrə mobil internet sürəti reytinqində Azərbaycanın qonşu ölkələrinin göstəriciləri açıqlanıb.
Valyuta.az xəbər verir ki, 104 ölkənin yer aldığı siyahıda Azərbaycan 94,64 Mbps göstərici ilə 48-ci pillədə qərarlaşıb. Ölkə əvvəlki reytinqlə müqayisədə 2 pillə yüksəlib.
Azərbaycanın qonşuları arasında ən yüksək göstərici Gürcüstana məxsus olub. Ölkə 165,10 Mbps sürətlə 18-ci yerdə qərarlaşıb və 6 pillə irəliləyib.
Türkiyə isə 163,14 Mbps sürətlə 19-cu pillədə yer alıb. Ölkə reytinqdə ən böyük irəliləyişlərdən birini edərək 27 pillə yüksəlib.
Siyahıda Ermənistan 74,37 Mbps göstərici ilə 59-cu yerdə qərarlaşıb və 1 pillə yüksəlib.
İran isə 57,41 Mbps sürətlə 77-ci sırada yer alıb. Ölkə reytinqdə 1 pillə geriləyib.
Sərvanə Rəmixanova