"Təcrübə az olduqda yüksək "kredit çiyni" risklidir"

Redaktor

20.05.2026 09:49
344

"Təcrübə az olduqda yüksək "kredit çiyni" risklidir"

Leverage və ya “kredit çiyni” maliyyə bazarlarında investorların öz kapitalından daha böyük məbləğlə yatırım etməsinə imkan verən mexanizmlərdən biri hesab olunur. Bu alət bazarda qazancı artırmaq üçün geniş istifadə edilsə də, risklərin də eyni sürətlə böyüməsinə səbəb ola bilir. “Archegos Capital” hadisəsi kimi milyardlarla dollarlıq itki ilə nəticələnən maliyyə çöküşləri də leverage risklərini yenidən gündəmə gətirib.

Bu baxımdan maraq doğuran əsas məqamlardan biri də budur: “Kredit çiyni” (leverage) hansı nöqtədən sonra təhlükəyə çevrilir?

İqtisadçı Murad Calalov Valyuta.az-a bildirib ki, "Leverage"lərdə əsas anlayışlardan biri “Leverage Ratio” (LR), digəri isə “Liquidity Coverage Ratio”dur (LCR):

"Leverage Ratio”da (LR) əsas məsələ kapitalın həcmi və borcun kapitala olan nisbətidir. Bu göstərici həm banklar, həm şirkətlər, həm də fərdi investorlar üçün hesablanır. Burada şəxsin və ya qurumun borcunun öz kapitalına nisbəti müəyyən edilir. Məsələn, maksimum 1-in 5-ə nisbət götürülə bilər. Bu isə kapitalın həcminə, şəxsin investor və ya şirkət olmasına, yaxud bank statusuna görə dəyişir. "Leverage"lər daha çox onlayn investisiyalarda - kriptovalyuta, forex və digər maliyyə bazarlarında istifadə olunur. Burada göstəricilər “x” formasında hesablanır. Məsələn, təcrübəli investorlar 40x və ya 50x leverage ilə əməliyyat aça bilirlər. Tutaq ki, hesabınızda 1000 avro var və siz bu məbləği 5000 avroya çatdırmaq istəyirsiniz. Bunun üçün leverage artırılır. Leverage nə qədər yüksəkdirsə, risk də bir o qədər artır. Təcrübə az olduqda və ya kapital zəif olduqda yüksək leverage istifadə etmək risklidir. Çünki leverage artdıqca potensial qazanc yüksəldiyi kimi, itki ehtimalı da artır. Məsələn, 1000 avro investisiya edirsiniz və 40x leverage ilə mövqe açırsınız. “Bitcoin”in qiymətinin yüksələcəyini düşünərək bazara daxil olursunuz. Bu zaman “Stop Loss” (SL) - yəni itki limiti müəyyən edilir. Məsələn, qiymətin müəyyən həddə düşməsi halında mövqe avtomatik bağlanır. “Take Profit” (TP) isə qazanc hədəfidir və adətən SL səviyyəsinin minimum 2 qatı həcmində təyin olunur".

M.Calalov vurğulayıb ki, əgər investor yenidirsə və ya kapitalı azdırsa, maksimum 1-in 5-ə leverage tövsiyə edilir:

"Lakin bu göstərici bazar şəraiti və risk idarəetməsindən asılı olaraq dəyişə bilər. “Liquidity Coverage Ratio” (LCR) isə likvidlik göstəricisidir. Burada əsas məsələ kapitalın mövcudluğu deyil, həmin kapitalın nə qədər tez likvidləşdirilə bilməsidir. Məsələn, bankların depozit öhdəlikləri olur. Elə vəziyyət yarana bilər ki, çox sayda müştəri eyni anda vəsaitini geri çəkmək istəsin. Bu halda bankın ödənişləri həyata keçirmək üçün kifayət qədər likvid vəsaiti olmalıdır. LCR məhz həmin likvidlik səviyyəsini ölçür və risklərin idarə olunmasında mühüm rol oynayır".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Avropanın müdafiə səhmləri niyə çökdü?

30.05.2026

"Euroclear" Moskva məhkəməsinin 200 milyardlıq qərarına etiraz etdi

30.05.2026

Bütün "iPhone"lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

30.05.2026

"Tesla" "Model S" və "Model X"ın istehsaldan çıxarılmasının əsl səbəbini açıqladı

30.05.2026

Nəqliyyat sahəsi üzrə biznes kreditləri son bir ildə 38% artıb

30.05.2026

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 1,2 milyonu keçib

30.05.2026

Avtonəqliyyat sığortaları üzrə 12 milyon manatdan çox ödəniş edilib

30.05.2026

Rusiya ilə ticarət dövriyyəsində 782 milyon manatlıq azalma

30.05.2026

Sabah 29 dərəcə isti olacaq

30.05.2026

Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb

30.05.2026

Manatla ən çox əmanət yatırılan regionlar - CƏDVƏL

30.05.2026

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

30.05.2026

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb

30.05.2026

Bu il üstünlük təşkil edəcəyi gözlənilən 10 məşhur şirkət səhmi

30.05.2026

Çin avtomobillərinin əsas problemləri

29.05.2026

1970-ci illərdən qalan yüksək dəyərli 5 əşya

29.05.2026

Yaponiyanın əhali sayı rekord azaldı

29.05.2026

SoFi-nin gəlirləri gözləntiləri üstələdi

29.05.2026

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

29.05.2026

IMF: "Azərbaycan Mərkəzi Bankı inflyasiyaya qarşı qətiyyətli tədbirlərə hazır olmalıdır"

29.05.2026

Məzənnə

Yüklənir...