Marketlər müştərini necə yönləndirir? - Marketoloq

Redaktor

20.04.2026 11:30
438

Marketlər müştərini necə yönləndirir? - Marketoloq

Hər dəfə mağazaya daxil olanda və ya onlayn platformada səhifələri aşağı sürüşdürəndə elə zənn edirik ki, sükan arxasında bizik. Ehtiyaclarımızı bildiyimizi, büdcəmizə nəzarət etdiyimizi düşünürük. Müasir ticarət dünyasında isə, “müstəqil seçim” anlayışı getdikcə illüziyaya çevrilir. Arxa planda işləyən rəqəmsal alqoritmlər və psixoloji mexanizmlər bizdən xəbərsiz qərarlarımıza yön verir.

Bəs mağazalarda və ya saytlarda istifadə olunan hansı “tələlər” müştərini planlaşdırmadığı məhsulu almağa sövq edir?

Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirib ki, mağazalarda və saytlarda insanların qərarlarına təsir edən xırda, amma çox güclü “psixoloji düymələr” var:

“Məsələn, ən klassik üsullardan biri süni təcili hissidir. “Son 2 ədəd qalıb” və ya “yalnız bu gün endirimdədir” kimi mesajlar insanı düşünmədən qərar verməyə sövq edir. Halbuki, çox vaxt bu təkliflər sabah da olacaq, amma həmin anda insanda “indi almasam, itirəcəyəm” hissi yaranır. Bir də qiymətlərin təqdim olunma forması var. Məsələn, əvvəl böyük rəqəm göstərilir, üstündən xətt çəkilir, yanında isə daha kiçik “endirimli” qiymət yazılır. İnsan avtomatik olaraq qənaət etdiyini düşünür, amma əslində həmin məhsula ehtiyacı olub-olmadığını ikinci plana atır. Eyni hal “yalnız 9.99” kimi qiymətlərdə də işləyir, çünki beyin onu 10 yox, 9 kimi qəbul edir".

"Saytlarda isə səbətə nəsə əlavə edəndə dərhal “bunu alanlar bunları da aldı” bölməsi çıxır. Bu, çox güclü sosial təsir yaradır. İnsan düşünür ki, başqaları bunu alıbsa, deməli, mən də almalıyam. Halbuki bu, çox vaxt sadəcə satışları artırmaq üçün qurulmuş sistemdir. Mağazalarda məhsulların yerləşdirilməsi də təsadüfi deyil. Ən çox satılmasını istədikləri məhsullar göz səviyyəsində olur, daha ucuz alternativlər isə ya aşağıda, ya da kənarda qalır. Hətta kassanın yanında qoyulan xırda məhsullar belə təsadüfi deyil: insan gözləyərkən darıxır və əlini uzadıb nəsə götürür" - Samir Mehdiyev qeyd edir.

Marketoloq bunun bir də emosional tərəfləri olduğunu vurğulayır:

"Gözəl qablaşdırma, işıqlandırma, musiqi, hətta saytlarda istifadə olunan rənglər belə insanın əhvalına təsir edir və qərarı daha impulsiv edir. İnsan özünü yaxşı hiss edəndə daha çox xərcləməyə meyilli olur. Təbii ki, bunlar pis niyyətlə edilmir, amma nəticədə insanın planlaşdırmadığı alışları artırır. Məncə, ən vacib məsələ bunu başa düşməkdir. Çünki insanlar bu taktikaları tanıdıqca, qərar verərkən bir qədər dayanıb düşünə bilir: “Mən bunu həqiqətən istəyirəm, yoxsa sadəcə məni buna yönləndirirlər?”".

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA

26.04.2026

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

26.04.2026

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir

26.04.2026

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26.04.2026

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

26.04.2026

1 hektar tütün sahəsindən nə qədər gəlir qazanmaq mümkündür?

26.04.2026

Clopos INMerge Ventures-dan investisiya cəlb edib

25.04.2026

Yeni tikilən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbi nədir?

25.04.2026

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

25.04.2026

Sərvəti kim daha uzun qoruyur - öz zəhməti ilə qazananlar, yoxsa miras varlıları?

25.04.2026

Startaplarda “Biz nə edirik?” yox, “nəyi dəyişirik?” dövrü

25.04.2026

Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub

25.04.2026

Kevin O’Liri: Əksər insanların etdiyi 2 axmaq pul səhvi

25.04.2026

Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı

25.04.2026

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

25.04.2026

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25.04.2026

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25.04.2026

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

25.04.2026

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

25.04.2026

20 saatdan çox havada: Dünyanın ən uzun fasiləsiz reysi istifadəyə veriləcək

25.04.2026

Məzənnə

Yüklənir...