Redaktor
Müştərilər BOKT-lardan gündə 13,8 milyon manat kredit götürüb
Cari ilin ilk 3 ayının hesabatına görə, bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri 1 milyard 471,4 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 938,9 milyon manat olub. Bu isə illik müqayisədə 532,5 milyon manat və ya 56,71% artım deməkdir.
Cəmi aktivlərin əsas hissəsini müştərilərə verilən kreditlər formalaşdırıb. Belə ki, cari ilin I rübündə bu göstərici 1 milyard 238,3 milyon manat olub. Ötən ilin eyni dövründə isə 813 milyon manat təşkil edib. İllik müqayisədə BOKT-lar tərəfindən müştərilərə verilən kreditlərin məbləğində 425,3 milyon manat və ya 52,31% artımın olduğunu deməyə əsas verir.
BOKT-ların cəmi öhdəlikləri isə I rübdə 804,4 milyon manat olub. Ötən ilin eyni dövründə bu göstərici 517,1 milyon manat təşkil edib. Nəticədə illik müqayisədə öhdəliklərin məbləğində 287,3 milyon manat və ya 55,55% artım qeydə alınıb.
Cari ilin ilk 3 ayında müştərilərə verilən kreditlərin həcminin 1 milyard 238,3 milyon manat olduğunu nəzərə alsaq, bu 90 günlük dövr üzrə hesablandıqda gündə orta hesabla müştərilərə 13,8 milyon manat kreditin verilməsi deməkdir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL
30.04.2026Prezident idmançıları qəbul edib
30.04.2026Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı
30.04.2026Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?
30.04.2026Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmədən mühüm qərar
30.04.2026600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
30.04.2026I rüb "Xalq Sığorta" üçün uğurlu keçmədi - Yığımlarda azalma
30.04.2026“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb ®
30.04.2026“Qarabağ Taxıl” nizamnamə kapitalını 1 milyon manatdan çox azaldıb
30.04.2026Qurban bayramında 5 gün iş olmayacaq
30.04.2026Azərbaycanda maaşlar saathesabı veriləcək
30.04.2026