"PAŞA Bank"ın faiz gəlirləri yüksəlib: bank pulu nələrdən qazandı?

Redaktor

27.04.2026 09:23
223

"PAŞA Bank"ın faiz gəlirləri yüksəlib: bank pulu nələrdən qazandı? - Rəqəmlər

2026-cı ilin I rübündə "PAŞA Bank" ən çox faiz gəlirləri əldə edərək üçüncü sırada yer alan banklardan olub.

Valyuta.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, ümumi faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 21 milyon 815 min manat və ya 17,8% artaraq 144 milyon 104 min manata yüksəlib.

2025-ci ilin ilk rübündə bu göstərici 122 milyon 289 min manat idi.

Bankın əsas faiz gəliri ənənəvi olaraq müştərilərə verilmiş kreditlərdən formalaşıb. Bu istiqamət üzrə gəlirlər bir il ərzində 10 milyon 900 min manat artaraq 80 milyon 218 min manata çatıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə kreditlərdən əldə olunan gəlir 69 milyon 318 min manat olub.

Ən nəzərəçarpan artımlardan biri banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə qeydə alınıb. Belə ki, həmin seqmentdən faiz gəlirləri 7 milyon 525 min manatdan 15 milyon 168 min manata yüksəlib. Bu da illik müqayisədə 7 milyon 643 min manat artım deməkdir.

"PAŞA Bank"ın digər bank və maliyyə institutlarında yerləşdirdiyi vəsaitlərdən qazandığı faiz gəlirləri də 4 milyon 440 min manat artaraq 18 milyon 861 min manatdan 23 milyon 301 min manata yüksəlib.

Bununla yanaşı, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərində cüzi azalma müşahidə olunub. Əgər 2025-ci ilin I rübündə bu istiqamətdən 26 milyon 424 min manat gəlir əldə olunmuşdusa, cari ilin eyni dövründə rəqəm 25 milyon 316 min manat olub. Azalma 1 milyon 108 min manat təşkil edib.

Digər faiz gəlirləri isə 161 min manatdan 101 min manata düşüb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...