TƏBİB-in sədri özünə yeni müşavir təyin etdi

Redaktor

22.04.2026 15:13
763

TƏBİB-in sədri özünə yeni müşavir təyin etdi - FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  (İTSDA) birləşdirildiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Rahim Hüseynov vəzifəsindən azad edilib. 

Valyuta.Az-ın əldə etdiyi məlumata görə, R.Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturundan öz ərizəsi ilə azad olunub. 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin sədri Anar Bayramov onu özünə müşavir təyin edib. Yaxın günlərdə onun sədr müavini kimi təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, bir nüçə gün əvvəl TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Məhərrəm oğlu Bayramov TƏBİB-in yeni icraçı direktoru təyin olunub.

Anar Bayramov 2021-ci ildən  2025-ci ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. TƏBİB-in icraçı direktoru vəzifəsinə kimi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri vəzifəsində çalışıb.

Rahim Hüseynov kimdir?

1985-ci ildə Neftçala rayonunda anadan olub.

2008-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “İdarəetmə” fakültəsini bitirib.

2023-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura pilləsini fərqlənmə diplomu ilə tamamlayıb.

Daha sonra İstanbul Dövlət Universitetinin Beynəlxalq İdarəetmə fakültəsində magistr dərəcəsi alıb.

Əmək fəaliyyətinə Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsində başlayıb.

2013–2018-ci illərdə “Azərsun Holdinq” MMC-nin Daxili Audit Qrupunda auditor vəzifəsində çalışıb.

2020–2021-ci illərdə “Avrora” MMC-də auditor kimi fəaliyyət göstərib.

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Monitorinq və təhlil şöbəsinin müdiri vəzifəsini icra edib.

2022-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.

2025-ci ilin may ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Evlidir, iki övladı var.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mebel idxalı gerilədi: ilk rübdə 26,4 milyon dollar

26.04.2026

Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA

26.04.2026

İlon Mask: "Süni intellekt dövründə pensiya yığmağa ehtiyac qalmaya bilər"

26.04.2026

Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir

26.04.2026

Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

26.04.2026

Restoranların "vaxt limiti" oyunu: Müştərini məcburi sifarişə vadar etmək qanunidirmi?

26.04.2026

1 hektar tütün sahəsindən nə qədər gəlir qazanmaq mümkündür?

26.04.2026

Clopos INMerge Ventures-dan investisiya cəlb edib

25.04.2026

Yeni tikilən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbi nədir?

25.04.2026

Yüz minlərlə evin gecikən "kupça"sı - Çıxış yolu

25.04.2026

Sərvəti kim daha uzun qoruyur - öz zəhməti ilə qazananlar, yoxsa miras varlıları?

25.04.2026

Startaplarda “Biz nə edirik?” yox, “nəyi dəyişirik?” dövrü

25.04.2026

Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub

25.04.2026

Kevin O’Liri: Əksər insanların etdiyi 2 axmaq pul səhvi

25.04.2026

Süni intellektin insanı əvəz etməyəcəyi sahələr: Ekspert əsas peşələri açıqladı

25.04.2026

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

25.04.2026

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25.04.2026

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25.04.2026

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

25.04.2026

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

25.04.2026

Məzənnə

Yüklənir...