Redaktor
Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
“AzerGold” rəhbərliyinin ötən il üzrə qazancı məlum olub.
Valyuta.az xəbər verir ki, 2024-cü ildə dövlət şirkətinin rəhbərliyinə ümumilikdə 3,03 milyon dollar və ya 5,15 milyon manat ödəniş edib.
Bu ödənişlərin 693 min dolları əmək haqları, 564 min dolları sosial sığorta ödəmələri, 1 milyon 773 min dolları isə qısamüddətli mükafatlar təşkil edib. Sosial sığorta ödəmələri çıxıldığı halda “Azergold” rəhbərliyinin birbaşa əldə etdiyi vəsait 2 milyon 466 min dollar və ya 4 milyon 192,2 min manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 19% və ya 666,4 min manat çoxdur. 2023-cü ildə bu rəqəm 2 milyon 74 min dollar və ya 3 milyon 525,8 min manat təşkil edib.
Qeyd edək ki, “Azergold”un rəhbərliyinə sədr Zakir İbrahimov, müavinləri - Xəyyam Fərzəliyev, İlqar Cəlilov və 9 müşavir daxildir. Ötən il müşavirlərin sayı artıb. Yerli dövlət şirkətlərinin təcrübəsi və beynəlxalq korporativ idarəetmə standartlarına əsasən hesablamalara görə, ötən il Zakir İbrahimovun illik gəliri 640 min manat (aylıq 53 min manat), müavinlərinin gəliri 490 min manat (aylıq 41 min), müşavirlərinin gəliri isə 285 min manat (aylıq 24 min) təşkil edib. Hesablamalara əsasən ötən il “Azergold” rəhbərliyinin gəlirləri 5%-dən çox artıb.
Nara
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb
04.06.2026Dünya birjalarında fərqli istiqamət: ABŞ yüksəlir, Avropa geriləyir
04.06.2026Bölmə rəisi işdən çıxdı - Yeni vəzifəyə təyin olundu
04.06.2026Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?
04.06.2026Kiber hücumçular artıq zərərli proqram əvəzinə qanuni hesabları istifadə edir
04.06.2026Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
04.06.2026Vacib xammalın qiymətləri iki ayın minimumuna düşdü
04.06.2026Yeni kiberkəşfiyyat hesabatı: Robototexnika və nüvə şirkətləri hədəfə alınıb
04.06.2026"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026