1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa?

Redaktor

06.07.2025 01:25
1,763

1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa?

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 4-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. 

Belə ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,7 manat təşkil edib. Avro 2,0029 manat, türk lirəsi isə 0,0427 manat səviyyəsində müəyyən olunub. Bu arada 100 rus rublu 2,1438 manata qiymətləndirilir.

ABŞ dolları uzun müddətdir 1,7 manat səviyyəsində sabit qalıb. Bu sabitlik milli iqtisadiyyata hansı təsirləri göstərir? Avronun məzənnəsində müşahidə olunan dəyişikliyin səbəbi nədir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, dolların sabit qalmasının əsas səbəbi hökumətinin manatın məzənnəsini dollara görə tarazlamasıdır:

“Dolların sabit qalmasının əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan hökuməti manatın məzənnəsini dollara görə tarazlayır, yəni onu sabit saxlayır. Bu, hökumətin qərarıdır. Hər ay valyuta hərraclarına çıxarılan dollar kütləsi vasitəsilə manatın sabitliyi təmin edilir. 

Yəni həmin o dollar kütləsinin hərraca çıxarılması ilə manatın məzənnəsini sabit saxlayırlar. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Mənfi cəhəti ondadır ki, manatın sabitliyini qorumaq üçün hər ay milyonlarla dollar xərclənir. Müsbət tərəfi isə ölkədə maliyyə sabitliyinin təmin olunmasıdır”.

Ekspert qeyd edib ki, hazırda avro dollar qarşısında möhkəmlənir:

“Ona görə də dollar Azərbaycan manatı qarşısında da möhkəmlənir. Yəni manat dollar ilə sabitləndiyinə görə dollar qarşısında avronun dəyər qazanması eynilə Azərbaycan manatı qarşısında da dəyər qazanmasına səbəb olur. Dolların möhkəmlənməsinin bir sıra səbəbləri var. 

Avropa iqtisadiyyatının digər bölgələrlə müqayisədə daha çevik inkişafı və qlobal iqtisadi böhranın Avropaya təsirinin az olması avronun digər valyutalar qarşısında güclənməsinə yol açır. Bu isə Azərbaycanda avroməkandan idxal olunan məhsulların bahalaşmasına gətirib çıxaracaq”. 

Akif Nəsirli vurğulayıb ki, rublun dəyər qazanması uzun müddət davam etməyəcək:

“Son zamanlar rus rublu da möhkəmlənir. Lakin bu prosesin uzunmüddətli olacağı gözlənilmir. Çünki Rusiyaya qarşı tətbiq edilən sanksiyalar artır və nəticədə ölkə iqtisadiyyatı böhran vəziyyətinə doğru sürətlə irəliləyir. 

İnflyasiyanın artması fonunda yaxın aylarda Rusiyada hiperinflyasiya tendensiyası yarana bilər. Bu baxımdan, rublun möhkəmlənməsi müvəqqəti xarakter daşıyır.

Bununla belə, Azərbaycan Rusiyaya məhsul ixrac etdiyi üçün rublun məzənnəsindəki dəyişikliklərin müəyyən təsirləri mümkündür. Lakin ciddi təsirləri olmayacaq. 

Digər tərəfdən, biz Rusiyadan əsasən taxıl və ət idxal edirik və bu məhsulların qiymətində müəyyən bahalaşma müşahidə oluna bilər. Lakin ümumilikdə rublun dəyər qazanması uzun müddət davam etməyəcək”.
 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...