ABŞ-da texnologiya nəhəngini sarsıdan qərar: Sosial mediada uşaqlar necə hədəfə alınır?

Redaktor

10.04.2026 19:40
99

ABŞ-da texnologiya nəhəngini sarsıdan qərar: Sosial mediada uşaqlar necə hədəfə alınır?

"Meta" şirkəti ilə bağlı ortaya çıxan faktlar rəqəmsal dünyanın qaranlıq tərəfini yenidən gündəmə gətirib. 

Valyuta.az xəbər verir ki, ABŞ-də texnologiya nəhəngi ilə bağlı mühüm məhkəmə qərarı çıxarılıb və şirkətə 375 milyon dollar məbləğində cərimə tətbiq olunub.

Nyu-Meksiko ştatında keçirilən məhkəmə prosesində andlılar heyəti “Meta”nın “Facebook” və “Instagram” platformalarında uşaqların təhlükəsizliyi ilə bağlı istifadəçiləri yanlış məlumatlandırdığı və bu platformaları istismara açıq vəziyyətə gətirdiyi qənaətinə gəlib.

Mövzu ilə bağlı danışan məhkəmə-ekspertiza üzrə mütəxəssis, professor Əli Murad Kırık bildirib ki, sosial media uşaqlar və yeniyetmələr üçün ciddi təhlükəyə çevrilib. Onun sözlərinə görə, istifadəçilər bu platformalarda real kimliklərini gizlədərək anonim fəaliyyət göstərə bilir, foto və məlumatlar paylaşılır, qapalı qruplar vasitəsilə isə qanunsuz fəaliyyətlər həyata keçirilir.

Kırık qeyd edib ki, bu platformalarda uşaqların istismarı, qeyri-qanuni görüntülərin yayılması və hətta insan alveri ilə bağlı sövdələşmələrin aparıldığı halları aşkarlanıb.

“Uşaqların fiziki olaraq satışa çıxarılması, onların kommersiya obyektinə çevrilməsi, qeyri-etik foto və videoların paylaşılması, eləcə də qanunsuz razılaşmaların bu platformalar vasitəsilə həyata keçirildiyi müəyyən edilib”, deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, bu cür problemlərin əsas səbəblərindən biri platformalarda ciddi təhlükəsizlik boşluqlarının mövcudluğudur. Yaş və şəxsiyyət təsdiqi mexanizmlərinin zəif olması uşaqların real yaşlarını gizlədərək platformalara daxil olmasına imkan yaradır.

Valideyn nəzarəti funksiyalarının kifayət qədər tətbiq olunmaması da vəziyyəti daha da ağırlaşdırır. Kırık hesab edir ki, platformalar istədikləri halda daha güclü yoxlama sistemləri tətbiq edə bilərlər, lakin bu sahədə kifayət qədər addım atılmır. Onun fikrincə, bəzi hallarda platformalar təhlükəsizlikdən çox gəlir əldə etməyə üstünlük verir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...