“Atəşgah Sığorta”nın əsas əməliyyat gəlirləri 14 milyon manat azaldı

Redaktor

09.04.2026 15:05
202

“Atəşgah Sığorta”nın əsas əməliyyat gəlirləri 14 milyon manat azaldı

2025-ci ildə “Atəşgah Sığorta” ASC-nin əməliyyat gəlirlərində artım müşahidə olunsa da, əsas fəaliyyət üzrə gəlirlərdə azalma qeydə alınıb.

Valyuta.az xəbər verir ki, şirkətin 2025-ci ildə ümumi əməliyyat gəlirləri 71 milyon 908 min 975,04 manat təşkil edib. Bu göstərici 2024-cü ildə 69 milyon 654 min 276,38 manat olub. Beləliklə, əməliyyat gəlirləri 2 milyon 254 min 698,66 manat və ya 3,24% artıb.

Əsas əməliyyatlardan əldə olunan gəlirlər 63 milyon 957 min 631,22 manat olub. 2024-cü ildə bu göstərici 77 milyon 943 min 131,81 manat təşkil edib. Nəticədə, əsas əməliyyat gəlirləri 13 milyon 985 min 500,59 manat və ya 17,94% azalıb.

Şirkətin birbaşa sığorta üzrə sığorta haqları 63 milyon 805 min 868,02 manat olub. 2024-cü ildə bu rəqəm 76 milyon 452 min 579,89 manat təşkil edib. Bu isə 12 milyon 646 min 711,87 manat və ya 16,54% azalma deməkdir.

"Atəşgah Sığorta" ASC-nin investisiya gəlirləri 3 milyon 92 min 899,60 manat təşkil edib. 2024-cü ildə bu göstərici 2 milyon 398 min 847,44 manat olub ki, bu da illik müqayisədə 694 min 52,16 manat və ya 28,93% artım deməkdir.

Eyni zamanda subroqasiya gəlirləri ötən il 1 milyon 41 min 618,34 manat olub. 2024-cü ildə bu rəqəm 952 min 380,09 manat təşkil edib. Bu isə 89 min 235,25 manat və ya 9,37% artım deməkdir.

Sair gəlirlər 1 milyon 170 min 646,75 manat olub. 2024-cü ildə bu göstərici 1 milyon 262 min 673,00 manat təşkil edib. Beləliklə, sair gəlirlər 92 min 26,25 manat və ya 7,29% azalıb.

Beləliklə, şirkətin ümumi gəlirlərində artım əsasən investisiya və sair gəlirlər hesabına baş verib, əsas sığorta fəaliyyətindən daxilolmalarda isə azalma müşahidə olunub.

Sərvanə Rəmixanova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...