“Azərbaycan Sənaye Sığorta” ili zərərlə başa vurdu

Redaktor

10.04.2026 11:15
149

“Azərbaycan Sənaye Sığorta” ili zərərlə başa vurdu

“Azərbaycan Sənaye Sığorta” ASC şirkətin gəlirlərində artım müşahidə olunsa da,  şirkət 2025-ci ili zərərlə başa vurub.

Valyuta.az xəbər verir ki, ötən il şirkətin ümumi gəlirləri 29 milyon 287 min 161,54 manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 2 milyon 437 min 316,68 manat və ya 9,07% artım deməkdir. 2024-cü ildə şirkətin ümumi gəliri 26 milyon 849 min 844,86 manat olub.

Şirkətin əsas əməliyyat gəlirləri artaraq 33 milyon 449 min 746,16 manata çatıb. Bu, əvvəlki illə müqayisədə 7 milyon 142 min 234,57 manat və ya 27,14% çoxdur. 2024-cü ildə bu göstərici 26 milyon 307 min 511,59 manat təşkil edib.

Lakin gəlirlərlə yanaşı xərclərdə də ciddi artım qeydə alınıb. 2025-ci ildə şirkətin ümumi xərcləri 31 milyon 875 min 559,58 manat olub. Bu, 2024-cü illə müqayisədə 6 milyon 646 min 985,21 manat və ya 26,35% artım deməkdir. 2024-cü ildə xərclər 25 milyon 228 min 574,37 manat olub.

Eyni zamanda əsas əməliyyat xərcləri də artaraq 17 milyon 936 min 679,70 manata yüksəlib. Bu, illik müqayisədə 1 milyon 600 min 497,17 manat və ya 9,8% artım deməkdir. 2024-cü ildə əsas əməliyyat xərcləri 16 milyon 336 min 182,53 manat təşkil edib.

Bununla da artan xərclər şirkətin maliyyə nəticələrinə mənfi təsir edib. Nəticədə “Azərbaycan Sənaye Sığorta” 2025-ci ili 2 milyon 588 min 398,04 manat xalis zərərlə başa vurub. 2024-cü ildə isə şirkət 1 milyon 621 min 270,49 manat xalis mənfəət əldə edib.

Bundan əlavə, xalis sığorta ehtiyatlarının dəyişməsi nəticəsində 7 milyon 192 min 792,33 manat zərər qeydə alınıb. 2024-cü ildə bu göstərici 2 milyon 957 min 310,28 manat zərər idi.

Beləliklə, gəlirlər artsa da, xərclərin daha sürətli yüksəlməsi şirkətin maliyyə nəticəsini mənfiyə çevirib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...