Redaktor
Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?
Hər bir gəncin xaricdə təhsil almaq kimi xəyalları olur. Azərbaycanda yaşayan vətəndaşlar xaricdə təhsilə üz tutduğu kimi, xaricdə yaşayan vətəndaşlar da Azərbaycana təhsil almağa gəlirlər. Ölkəmizin vətəndaşları ən çox viza, şəhər seçimi və təqaüd proqramları əldə etməkdə çətinlik çəkirlər. Bəs Azərbaycana gələn tələbələr əsasən hansı proseslərdən keçirlər? Əsas üzləşdikləri çətinliklər nələrdir?
Valyuta.az-a danışan təhsil məsələləri üzrə ekspert Aisa Aslanova bildirir ki, xüsusilə tibb sahəsi xarici tələbələr arasında ən çox seçilən istiqamətlərdəndir: “Azərbaycana əsasən, Türkiyə, İran, Rusiya, Gürcüstan, Pakistan, Hindistan və bir sıra Afrika ölkələrindən tələbələr təhsil almağa gəlirlər. Əgər xarici vətəndaşın Şengen vizası varsa, imtahanlardan azad olur. Olmadıqda IELTS, TOEFL və s. imtahanlar verib qəbul alaraq təhsillərini xarici ölkədə davam etdirir”.
A.Aslanova deyir ki, xarici tələbələrin əsas çətinlikləri bir neçə istiqamətdə cəmlənir: “İlk olaraq dil baryeri mühüm rol oynayır. Azərbaycan və ya rus dilini bilməmək həm akademik prosesdə, həm də gündəlik həyatda adaptasiyanı çətinləşdirir. Digər mühüm məsələ yaşayış və yataqxana ilə bağlıdır. Xüsusilə ilk aylarda uyğun yerləşmə tapmaq çətin ola bilir. Digər ölkələrlə müqayisədə Azərbaycanda miqrasiya və sənədləşmə prosedurları ümumilikdə normaldır və sistemli şəkildə tənzimlənir. Proses Dövlət Miqrasiya Xidməti tərəfindən idarə olunur və qaydalar aydındır. Miqrasiya və sənədləşmə prosedurları, yaşayış icazəsi, qeydiyyat və tibbi sənədlərlə bağlı da bəzən əlavə çətinlik ola bilir. Səbəb əsasən sənədlərin düzgün hazırlanması və vaxt məsələsi ilə bağlı olur. Yəni proses çətin deyil, sadəcə planlama və düzgün sənədləşmə tələb edir. Bundan başqa, akademik sistemə uyğunlaşma və mədəni adaptasiya prosesi də vaxt tələb edir", - A.Aslanova deyir.
Ekspertin sözlərinə görə müəyyən hallarda təqaüd və ya maliyyə dəstəyi olmadıqda imtina halları müşahidə olunur. "Bu, xüsusilə Pakistan, Hindistan və bəzi Afrika ölkələrindən olan tələbələr arasında daha çox rast gəlinir, çünki maliyyə faktoru onların qərarında əsas rol oynayır. Türkiyə və Rusiya vətəndaşları isə daha çox öz vəsaitləri hesabına təhsil almağa meyillidirlər. Təqaüd və ya endirim təklif olunmadıqda, bəzi tələbələr alternativ ölkələrə yönələ bilirlər. Bu istiqamətdə hazırda xarici vətəndaşlar üçün “Heydər Əliyev” təqaüd proqramı mövcuddur".
Nuranə Mübariz
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026