Redaktor
Azərbaycanda 300 manata qədər uşaq qidaları - Yerli istehsal niyə yoxdur?
Körpə qidalarının qiyməti valideynləri ciddi narahat edir. Xüsusilə süni qidalanan uşaqlar üçün aylıq xərclər bəzi ailələrdə yüzlərlə manata çatır.
Valyuta.az "Milli.az"a istinadən xəbər verir ki, valideynlərin sözlərinə görə, uşaq qidalarının qiyməti demək olar ki, hər 2-3 aydan bir artır.
Əczaçılar bildirir ki, hazırda satışda olan əsas brendlər Avropa, Türkiyə və Rusiyadan idxal olunur. Yerli istehsal isə yoxdur. Qiymətlər isə tərkibindən və brendindən asılı olaraq 10 manatdan 300 manatadək dəyişir. Qeyd olunub ki, ən çox tələbat olan qidalar əsasən 15-45 manat aralığındadır.
Pediatr Afət İbrahimli vurğulayıb ki, körpələr üçün ən ideal qida ana südüdür. Süni qida seçərkən isə qiymətdən çox məhsulun tərkibinə diqqət yetirilməlidir. Xüsusilə gizli şəkərin olmaması və qidanın uşağın yaşına uyğunluğu əsas meyar hesab edilir. Dadlandırıcı, rəngləndirici və aromatizatorların çoxluğu isə məhsulun keyfiyyətini aşağı sala bilər.
İqtisadçı Xalid Kərimli hesab edir ki, bazarda yerli istehsalın olmaması qiymətlərin yüksək qalmasının əsas səbəblərindən biridir. Yerli müəssisələrin yaradılması qiymətlərin optimallaşmasına kömək edə bilər. Lakin bunun üçün təkcə zavod tikilməsi deyil, həm də böyük istehsal həcmi tələb olunur ki, maya dəyəri aşağı düşsün.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda illik istehsal həcmi 400 ton olacaq uşaq qidası fabrikinin tikilməsi planlaşdırılır.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026