Azərbaycanda investisiya üçün ən gəlirli sahələr hansılardır?

Redaktor

10.04.2026 10:40
362

Azərbaycanda investisiya üçün ən gəlirli sahələr hansılardır?

İnvestisiya gələcəyə atılan bir imza kimidir. Bəzən ehtiyatlı bir cizgi, bəzən isə cəsarətli bir addım. Azərbaycanda bu “imzanı” hara atmaq sualı hazırda hər kəsi düşündürür. Bazar artıq dünənki qədər sadə deyil, imkanlar isə hər küncdə fərqli bir simada qarşımıza çıxır. Bəziləri üçün qazanc hələ də “daş-divar” arasındadır.

Bəs bu günün reallığında hansı sahə həqiqətən pulu qazanclı bir gələcəyə çevirə bilər?

İqtisadçı Günay Hüseynova Valyuta.az-a bildirir ki, bu sahədə önəmli olan investisiyadan daha çox, tələb olunan yatırım edilən sahə haqqında məlumatın olmasıdır:

“Əvvəlki illərdə texnologiya bu qədər inkişaf etməmişdi. İstehlakçının hansısa məhsulu araşdırması üçün geniş mühit yox idi. Hazırda istehlakçı üçün əlverişli olsa da, sahibkar, investor üçün isə ikitərəflidir. Azərbaycanda investisiya etmək üçün gəlirli sahələrə qaldıqda, düşünürəm ki, enerji - neft, qaz və daşınmaz əmlak sektorudur. Həm riski az, həm də daha çox gəlirli hesab olunur”.

“Digər bir sahə isə turizm sektoru ola bilər. Bu sahə ölkəmizdə təəssüf ki, yetərli inkişaf etməyib. Turistin gəzib görəcəyi yer əsasən paytaxt Bakı olur, yerli vətəndaş isə bir dəfə getdiyi yerə ikinci dəfə getmək istəmir, olduqca yüksək qiymətlərdən. Bu sahədə tənzimləmə olarsa, olduqca gəlirli sahədir. Digər gəlirli sahə isə əsasən süni zəkaya bağlı olan sahələrdir. Daha çox texnologiyanın inkişafı ilə bağlı sahələr gəlirli hesab olunur. Lakin bu sahə ölkəmizdə inkişaf etməyib, yalnız idxal edirik”, - deyə iqtisadçı qeyd edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...