Redaktor
“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4” layihəsinə onlayn qeydiyyat başlayıb.
Valyuta.Az xəbər verir k, layihə bu dəfə “Beş qitə - 500 startap” (Five Continents – 500 Startups) şüarı ilə həyata keçiriləcək.
Bu təşəbbüs qlobal innovasiya ekosistemləri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib və beş qitəni - Afrika, Avropa, Asiya, Amerika və Avstraliyanı əhatə edir. Proqram startapların beynəlxalq şəbəkələrə çıxışını gücləndirmək, müxtəlif ekosistemlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, eləcə də startapların qlobal bazarlara inteqrasiyasına dəstək vermək məqsədilə həyata keçirilir.
“Startup School 4” layihəsi çərçivəsində startaplara təqdim olunacaq əsas üstünlüklərdən biri dünyanın qabaqcıl innovasiya ekosistemlərindən mentorların cəlb olunmasıdır. Proqram çərçivəsində həmçinin yerli və qlobal vençur fondlarının və investorların prosesə cəlbi, startapların investisiya hazırlığı üzrə dəstəklənməsi və beynəlxalq investor şəbəkəsi ilə əlaqələrinin qurulması nəzərdə tutulur.
“Startup School 4” proqramına startapların müraciəti 15 may 2026-cı il tarixinə kimi qəbul ediləcək. Qeydiyyat mərhələsindən sonra seçilmiş startaplar üçün qlobal ekosistemlərdən cəlb olunmuş peşəkarların təqdimatında onlayn təlim və mentorluq proqramları təşkil ediləcək, startapların investorlara təqdimat və investisiya hazırlığı prosesi həyata keçiriləcək.
Proqram çərçivəsində beş qitədən müraciət edən startaplar arasında əməkdaşlıq imkanlarının yaradılması, müxtəlif innovasiya ekosistemlərinin müqayisəli təhlili və bu təhlildən irəli gələn yeni biznes modelləri və inkişaf perspektivlərinin formalaşdırılması da əsas hədəflər sırasındadır.
“Startup School 4” layihəsinə ideya mərhələsində olan, MVP hazırlığında olan və ya MVP-yə malik startaplar müraciət edə bilərlər.
Startapçılar proqramda iştirak üçün https://startupschool.az/en/register linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026