Böhran zamanı niyə hamı qızıl alır?

Redaktor

07.04.2026 11:07
355

Böhran zamanı niyə hamı qızıl alır? - İqtisadçı

Hamı qızıldan danışır, çünki böhran anında dolların, avronun və digər kağız pulların taleyi qeyri-müəyyənləşəndə, insanlar instinktiv olaraq qiymətli metallara üz tuturlar. Əslində, bu metal nə yeyilir, nə də bank hesabı kimi hər ay faiz qazandırır, lakin işlər pisləşəndə, hər kəsin güvəndiyi tək aktivə çevrilir. İqtisadi fırtınalar zamanı qızıl və digər metallar əsl canqurtaran halqası rolunu oynayır.

Bəs niyə böhran zamanı qızıl və digər qiymətli metallar daha güvənli liman hesab olunur?

İqtisadçı Kənan Quluzadə Valyuta.az-a bildirib ki, qızıl və digər qiymətli metalların böhran dövrlərində daha çox üstünlük qazanmasının bir neçə əsas səbəbi var:

“Qızıl fiziki aktiv olduğu üçün təhlükəsiz investisiya aləti hesab olunur və onun dəyəri dövlətlərin iqtisadi siyasətindən birbaşa asılı deyil. İnflyasiya artdıqca pulun alıcılıq qabiliyyəti zəifləyir, lakin qızıl adətən bahalaşır. Qeyri-müəyyənlik şəraitində investorlar riskli aktivləri sataraq daha etibarlı hesab etdikləri qızıla üstünlük verirlər”.

Kənan Quluzadə qeyd edib ki, qızıl tarixən uzunmüddətli dəyər qoruyucusu kimi qəbul olunur:

“Bank sisteminə inam azaldıqda o, alternativ maliyyə aləti kimi çıxış edir, valyuta devalvasiyası zamanı isə daha stabil qalır. Bundan əlavə, qızıl yüksək likvidliyə malikdir, yəni onu asanlıqla alıb-satmaq mümkündür”.

İqtisadçının fikrincə, mərkəzi bankların da ehtiyatlarında qızıl saxlaması bu aktivin etibarlılığını daha da gücləndirir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...