BOKT-lar ilk 3 ayda kredit faizlərindən 71,5 milyon manat qazanıb

Redaktor

29.04.2026 14:45
108

BOKT-lar ilk 3 ayda kredit faizlərindən 71,5 milyon manat qazanıb

Bank olmayan kredit təşkilatlarının (BOKT) cari ilin I rübü üzrə maliyyə göstəriciləri açıqlanıb.

Valyuta.az xəbər verir ki, bu ilin I rübündə BOKT-lar kreditlər üzrə faizlərdən 71,5 milyon manat gəlir əldə ediblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon manat və ya 28,82% çoxdur. Belə ki, 2025-ci ilin I rübündə BOKT-ların kreditlərdən əldə etdiyi faiz gəliri 55,5 milyon manat olub.

BOKT-ların faizlər və onlarla bağlı xərcləri isə illik müqayisədə 0,9 milyon manat və ya 5,66% azalaraq 15 milyon manata enib. Ötən ilin eyni dövründə bu göstərici 15,9 milyon manat təşkil edib.

Xalis faiz gəliri cari ilin I rübündə 56,9 milyon manat olub. Bu, ötən ilin eyni dövründəki 39,8 milyon manatla müqayisədə 17,1 milyon manat və ya 42,96% artım deməkdir.

Qeyri-faiz gəlirləri 103,9 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 65,8 milyon manat olub ki, nəticədə illik müqayisədə 38,1 milyon manat və ya 57,90% artım qeydə alınıb.

BOKT-ların qeyri-faiz xərcləri isə 48,2 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövründəki 42,2 milyon manatla müqayisədə 6 milyon manat və ya 14,21% çoxdur.

Nəticədə, BOKT-ların xalis mənfəəti cari ilin I rübündə 81,7 milyon manat təşkil edib. Halbuki ötən ilin eyni dövründə sektor 31,6 milyon manat xalis zərərlə üzləşmişdi.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...