Redaktor
BOKT-ların xalis mənfəəti 45,5 mln. manat azalıb
2025-ci ildə bank olmayan kredit təşkilatları (BOKT) sektorunda mənfəət göstəricilərində azalma qeydə alınıb.
Valyuta.az xəbər verir ki, mənfəətlik kredit itkiləri üzrə ehtiyata ayırmaların artması nəticəsində sektorun xalis mənfəəti ötən ilin sonu ilə müqayisədə 29% (45,5 mln. manat) azalaraq 111,5 mln. manat təşkil edib.
Bununla yanaşı, sektorun aktivlərində artım müşahidə olunub. İl ərzində BOKT-lərin cəmi aktivləri 25% (250 mln. manat) artaraq 1,24 milyard manata çatıb. Aktivlərin artımında əsas pay xalis kredit portfelinin payına düşüb. Belə ki, xalis kredit portfeli 28,8% (206 mln. manat) artım göstərib.
Eyni dövrdə sektorun cəmi öhdəlikləri də yüksələrək 26,5% (142,4 mln. manat) artımla 679 mln. manata çatıb.
2025-ci ildə istehlak kreditləri BOKT-lərin kredit portfelində əsas yer tutmağa davam edib. Ümumi kredit portfeli il ərzində 29,5% (238,7 mln. manat) artaraq 1,05 milyard manat təşkil edib.
Digər tərəfdən, sektor üzrə qeyri-işlək kreditlərin (QİK) həcmində azalma müşahidə olunub. 2025-ci ildə qeyri-işlək kredit portfeli 4% azalaraq 108,5 mln. manat səviyyəsində qərarlaşıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026