Bu bacarıqlar əmək bazarında maaş fərqini 40%-ə qədər artıra bilər
11.09.2025 14:00
1,000

Bu bacarıqlar əmək bazarında maaş fərqini 40%-ə qədər artıra bilər

İnsan resursları

    Ayşən Həmidsoy

Süni intellekt artıq dünyanın hər yerində əmək bazarının əsas mövzularından birinə çevrilib. Müxtəlif araşdırmalara əsasən, süni intellekt bacarıqlarına sahib olan şəxslərin əməkhaqqı digərlərinə nisbətən 28-43% daha yüksək ola bilər. İlk baxışda bu rəqəm iddialı görünsə də, son illərin tendensiyaları bu artımın real olduğunu göstərir.

Çünki süni intellekt təkcə proqramçılar və texniki mütəxəssislər üçün deyil, həmçinin insan resursları, marketinq, maliyyə, təhsil və hüquq kimi sahələrdə də gündəlik işin ayrılmaz hissəsinə çevrilməkdədir. İşəgötürənlərin diqqət yetirdiyi əsas məqam isə yalnız müəyyən biliklərə malik olmaq deyil, bu biliklərin iş prosesində necə səmərəli tətbiq edilməsidir.

Əməkhaqqı fərqinin əsas səbəbi bacarığın özü deyil, onun iş məhsuldarlığına olan təsiridir. Süni intellekt alətlərindən səmərəli istifadə edən mütəxəssislər daha qısa müddətdə daha yüksək nəticələr əldə edə bilirlər. Bu isə onların iş dəyərini artırır. Xüsusilə informasiya texnologiyaları və data analitika kimi sahələrdə maaş fərqi 40%-ə qədər yüksələ bilər. Digər sahələrdə bu artım nisbətən aşağı olsa da, süni intellekt biliklərinə sahib olan kadrların əmək bazarında daha dəyərli hesab olunması qaçılmazdır.

Fikrimcə, süni intellekt bacarıqlarını öyrənmək artıq əlavə üstünlük deyil, zərurətə çevrilib. Bu trendlə ayaqlaşmayanlar yaxın illərdə əmək bazarında geri qalmaq riski ilə üz-üzə qala bilərlər.

Yaxın gələcəkdə CV-lərdə "AI bacarıqları" sətirinin yer alması tamamilə təbii görünəcək. Necə ki, illər əvvəl "Microsoft Office bilikləri" zəruri hesab olunurdusa, indi də "Generative AI tools", "Prompt Engineering", "AI-driven Analytics" kimi bacarıqlar standart hal almaqdadır. Hətta daha sadə və qeyri-texniki işlərdə belə süni intellekt alətlərindən istifadə gündəlik proseslərin bir hissəsinə çevriləcək.

Əsas məsələ isə yalnız bu bacarıqları öyrənmək deyil, onları şəxsi peşə sahəsinə uyğun şəkildə tətbiq etməyi bacarmaqdır. Çünki hər kəs CV-sinə "AI bacarıqları" yaza bilər, amma fərq bu bacarıqların real iş şəraitində necə istifadə olunmasında ortaya çıxacaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 94 mlrd. dollara qədər artacaq

30.04.2026

Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab

30.04.2026

Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi ®

30.04.2026

“Google”un ana şirkəti 109,9 milyard dollar gəlir əldə edib

30.04.2026

Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi

30.04.2026

Sabahdan bəzi avtomobillər İçərişəhərə buraxılmayacaq

30.04.2026

"AZAL" ilk 3 ayda 7,6 milyon manat gəlir əldə edib

30.04.2026

Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb

30.04.2026
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

30.04.2026

"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur

30.04.2026

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30.04.2026

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®

30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

30.04.2026

Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər

30.04.2026

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

30.04.2026

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

30.04.2026
"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

30.04.2026

Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb

30.04.2026

Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib

30.04.2026

"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir

30.04.2026

Məzənnə

Yüklənir...