Redaktor
Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi əlaqələrin mümkün inkişafı və məhsul mübadiləsi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, Paşinyan jurnalistlərin dünən Şahin Mustafayevin biznesmenlərlə görüşü ilə bağlı suallarını cavablandırarkən bildirib ki, indiyədək biznes nümayəndələri məhsul siyahılarını əsasən hökumətlər vasitəsilə mübadilə ediblər. Lakin hazırda bu proses birbaşa işgüzar əlaqələr mərhələsinə keçir:
“İndi maraqlı tərəf olan sahibkarları bir-biri ilə əlaqələndiririk ki, bundan sonra artıq siyahıları birbaşa öz aralarında mübadilə etsinlər. Hökumət bu funksiyanı müəyyən müddət icra edə bilər, lakin sonrakı mərhələdə biznesmenlər birbaşa işləməlidir”.
Baş nazir qeyd edib ki, hansı məhsulların Ermənistandan Azərbaycana ixrac edilə biləcəyi hələ dəqiq müəyyənləşməyib və bu mərhələdə konkret siyahı açıqlamaq məqsədəuyğun deyil. Onun sözlərinə görə, qiymət, logistika, vaxt və həcm kimi amillər yekun qərarlara təsir edir:
“Hazırda bu, yalnız ilkin maraq səviyyəsindədir. Yekunlaşmamış məlumatları açıqlamaq düzgün olmaz. Real ixrac baş verdikdə, bu, rəsmi statistikada da əksini tapacaq”.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi gələcəkdə mümkün olsa da, hazırda məhsul çeşidi məhduddur və proses mərhələli şəkildə inkişaf edə bilər.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?
30.04.2026"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur
30.04.2026“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir
30.04.2026“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®
30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!
30.04.2026Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
30.04.2026Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
30.04.2026Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
30.04.2026"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
30.04.2026Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026