Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

Redaktor

30.04.2026 15:21
86

Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

Bir vətəndaş yay mövsümü üçün Türkiyəyə turpaket aldığını bildirib. Onun sözlərinə görə, paket uzun müddətdir əməkdaşlıq etdikləri "Summer Tour" şirkəti vasitəsilə 2 ay əvvəl razılaşdırılmış qiymətlə əldə olunub. Lakin vətəndaş qeyd edib ki, sonradan onlara yeni qaydanın tətbiq edildiyi bildirilib və aviabiletlərin bahalaşması əsas gətirilərək artıq alınmış turpaket üçün əlavə ödəniş tələb olunub. İddiaya görə, aviaşirkət tərəfindən yanacaq qiymətlərinin artırılması əlavə ödənişə səbəb kimi göstərilib. Hər nəfər üçün 65 ABŞ dolları olmaqla, 4 nəfərlik ailədən əlavə 260 ABŞ dolları istənildiyi vurğulanıb.

Vətəndaşın şikayətində bəhs edilən “Summer Tour” şirkəti mövzu ilə bağlı rəsmi saytında paylaşım edib. Paylaşımda qeyd olunub ki, dünya üzrə mövcud iqtisadi vəziyyət, eləcə də yanacaq qiymətlərində baş verən ciddi artım və çatışmazlıq səbəbindən “Azərbaycan Hava Yolları” QSC və digər aviaşirkətlər tərəfindən aviabiletlərin qiymətlərinə dəyişiklik edilib. Bununla əlaqədar olaraq 26.04.2026-cı il tarixinədək (həmin tarix daxil olmaqla) həyata keçirilmiş və uçuş tarixi 01.05.2026-cı ildən sonrakı dövrə təsadüf edən bütün rezervasiyalar üzrə hər sərnişin üçün 65 (altmış beş) ABŞ dolları məbləğində yanacaq əlavəsi tətbiq ediləcək. 27.04.2026-cı il tarixindən (həmin tarix daxil olmaqla) sonra həyata keçirilmiş və uçuş tarixi 01.05.2026-cı ildən etibarən olan rezervasiyalar üzrə isə qeyd olunan yanacaq əlavəsi artıq aviabilet qiymətlərinə daxil edilib.

Bildirilib ki, “Summer Tour Azərbaycan” MMC ilə bağlanmış agentlik müqaviləsinin 1 və 2 saylı əlavələri ilə təsdiq edilmiş, agent və turist arasında imzalanmalı müqavilə formasının 2.3.5-ci bəndinə əsasən, şəraitdə obyektiv dəyişikliklər baş verdikdə agentin turizm xidmətlərinin əvvəlcədən razılaşdırılmış dəyərini artırmaq hüququ var. Həmin müqavilənin 5.3.3-cü bəndinə əsasən isə nəqliyyat xərclərinin artması ilə əlaqədar səyahət qiyməti yüksəldikdə agent turist qarşısında məsuliyyət daşımır.

Eyni zamanda, agentlik müqaviləsinin 3.3-cü bəndinə görə, turoperatordan asılı olmayan səbəblərdən turun dəyəri artdıqda, agent turoperator tərəfindən təqdim olunan əlavə hesab əsasında ödənişi tamamlayır və ya müqavilədə nəzərdə tutulan ləğvetmə qaydaları və cərimə şərtlərini nəzərə alaraq turdan imtina barədə qərar verir. Bununla yanaşı, əlavə ödənişlə razılaşmayan sərnişinlərin cəriməsiz ləğv və tam geri ödəniş tələb etmək hüququ olduğu qeyd olunub.

Valyuta.az mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurovun fikirlərini də öyrənib. Eskpert bildirib ki, “Summer Tour” şirkətinin bu cür yanaşması turizm şirkətlərində də haqlı narazılığa səbəb olub:

"Çünki erkən rezervasiya zamanı əvvəlcədən ödənilmiş məbləğlər üzərinə sonradan əlavə ödəniş tələb edilməsi biznes etikası baxımından doğru hesab olunmur. Ola bilər ki, tərəflər arasındakı müqavilələrdə müəyyən məqamlar nəzərə alınıb, lakin adətən, yeni qaydalar tətbiq edildikdə onlar yalnız həmin vaxtdan sonrakı satışlara şamil olunur. Bu baxımdan turizm şirkətlərinin belə satışlardan əldə etdiyi komissiya böyük olmur. Onlar əsasən xidmət göstərir, məsuliyyət daşıyır və artıq satılmış paketlər üzrə müştərilərdən əlavə ödəniş tələb etmələri həm çətin, həm də anlaşılmaz vəziyyət yaradır. Bu isə müştəri münasibətlərinə və inama mənfi təsir göstərə bilər. Məsələyə aydınlıq gətiriləcəyi gözlənilir. Məlum olduğu qədərilə, turizm şirkətləri bu məsələ ilə bağlı aidiyyəti turizm assosiasiyalarına müraciət ediblər və ortaq qərarın qəbul olunacağına ümid edilir. Ümumiyyətlə, bu cür qaydalar əvvəlki müqavilələrə şamil edilmir, yalnız yeni satışlara aid olunur. Əks halda, əlavə ödənişin kim tərəfindən qarşılanacağı sualı yaranır və bu da əlavə problemlərə səbəb olur".

C.Aşurovun sözlərinə görə, adı çəkilən tur operator xüsusilə Türkiyə istiqaməti üzrə tur paketlərinin satışında bazarın böyük hissəsinə malikdir və faktiki olaraq monopol mövqedə çıxış edir.

"Bu isə digər şirkətləri risk altına salır və onları müştərilər qarşısında etibarsız tərəfdaş kimi göstərir. Bu səbəbdən hesab olunur ki, hər hansı tur operatorun bazarda monopol mövqedə olması düzgün deyil. Ən azı bu istiqamətdə fəaliyyət göstərən bir neçə alternativ şirkət olmalıdır. Hazırda yeni bir turizm şirkəti bu sahəyə daxil olmaq istədikdə, otel, nəqliyyat və aviabiletlərin qiymətləri onun üçün daha baha başa gəlir. Daha məqsədəuyğun olardı ki, hava nəqliyyatı şirkətləri bu cür müqavilələri alternativliyi təmin etmək üçün ən azı üç şirkətlə bağlasın və həmin şirkətlərə bərabər imkanlar yaradılsın".

Qeyd edək ki, aviaşirkətlər tərəfindən qiymət artımı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"AZAL" ilk 3 ayda 7,6 milyon manat gəlir əldə edib

30.04.2026

Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb

30.04.2026
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

30.04.2026

"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur

30.04.2026

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30.04.2026

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®

30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

30.04.2026

Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər

30.04.2026

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

30.04.2026

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

30.04.2026

"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

30.04.2026

Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb

30.04.2026

Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib

30.04.2026

"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir

30.04.2026

Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı

30.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL

30.04.2026

Prezident idmançıları qəbul edib

30.04.2026

Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı

30.04.2026

Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?

30.04.2026

Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmə qərarı

30.04.2026

Məzənnə

Yüklənir...