Redaktor
"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
Cari ilin I rübünə görə “Meqa Sığorta” ASC-nin rüblük gəlirlərində azalma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, ilk rübdə sığorta şirkəti ümumilikdə 7 milyon 570 min 186,82 manat gəlir əldə edib. Ötən ilin eyni dövründə isə bu göstərici 8 milyon 38 min 256,14 manat olub. Bu, illik müqayisədə 468 min 69 manat və ya 5,82% azalma deməkdir.
Əsas əməliyyat gəlirləri də azalıb. Belə ki, cari ilin I rübündə bu göstərici 7 milyon 189 min 535,34 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 343 min 294 manat və ya 4,56% azalma deməkdir. Ötən ilin eyni dövründə əsas əməliyyat gəlirləri 7 milyon 532 min 829,36 manat olub.
Xərclərdə isə artım qeydə alınıb. Cari ilin ilk rübündə şirkətin xərcləri 7 milyon 415 min 415,52 manat təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 6 milyon 604 min 163,71 manat olub. Bu da illik müqayisədə 811 min 251 manat və ya 12,29% artım deməkdir.
Sığorta şirkətinin əsas əməliyyat xərcləri də yüksəlib. Belə ki, bu ilin I rübündə 4 milyon 347 min 197,79 manat olan bu göstərici ötən ilin eyni dövründə 3 milyon 958 min 546,10 manat olub. Bu isə 388 min 651 manat və ya 9,82% artım deməkdir.
Maliyyə mənfəəti cari ilin I rübündə 154 min 771,30 manat olub, ötən ilin eyni dövründə isə 1 milyon 434 min 92,43 manat təşkil edib. Bu da illik müqayisədə 1 milyon 279 min 321 manat və ya 89,22% azalma deməkdir.
"Meqa Sığorta"da xalis mənfəət də kəskin azalıb. Cari ilin I rübündə şirkət 128 min 817,04 manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə isə bu göstərici 1 milyon 147 min 273,94 manat olub. Bu da illik müqayisədə 1 milyon 18 min 456 manat və ya 88,78% azalma deməkdir.
Cəmi aktivlərdə də azalma müşahidə olunub. Belə ki, cari ilin I rübündə 56 milyon 775 min 415,67 manat olan aktivlər ötən ilin eyni dövründə 57 milyon 347 min 923,97 manat olub. Bu da 572 min 508 manat və ya 1% azalma deməkdir.
Cəmi öhdəliklər isə demək olar ki, dəyişməyib. Cari ilin I rübündə 27 milyon 52 min 181,02 manat olan öhdəliklər ötən ilin eyni dövründə 27 milyon 67 min 946,10 manat olub. Bu da 15 min 765 manat və ya 0,06% azalma deməkdir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?
30.04.2026"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur
30.04.2026“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir
30.04.2026“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®
30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!
30.04.2026Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
30.04.2026Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
30.04.2026Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
30.04.2026"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
30.04.2026Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026