Redaktor
"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur
"Uber" tətbiqinə yeni xidmət inteqrasiya edilib.
Valyuta.az xəbər verir ki, şirkət "Expedia Group" ilə əməkdaşlıq çərçivəsində tətbiqinə otel rezervasiyası imkanını inteqrasiya edib. Bu yenilik sayəsində istifadəçilər dünya üzrə 700 mindən çox otelə çıxış əldə edəcəklər.
Məlumata görə, "Uber One" abunəçiləri tətbiq üzərindən rezervasiya etdikdə 10 minə yaxın oteli əhatə edən siyahıda 20%-ə qədər endirim əldə edə biləcəklər. Bundan əlavə, bütün rezervasiyalar üzrə istifadəçilərə 10% həcmində "Uber" krediti geri qaytarılacaq.
Qeyd edək ki, "Uber" CEO-su Dara Xosrovşahi bildirib ki, şirkət artıq yalnız nəqliyyat və ya yemək sifarişi xidməti göstərən platforma deyil, istifadəçilərə səyahət planlaşdırmaq imkanı verən “hər şey üçün tətbiq”ə çevrilir.
Şirkət həmçinin tətbiqinə yeni “Səyahət rejimi” funksiyasını da əlavə edib. Bu rejim istifadəçilərə turist məkanları, yerli tövsiyələr və digər faydalı məlumatları təqdim edən bələdçi rolunu oynayır.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"AZAL" ilk 3 ayda 7,6 milyon manat gəlir əldə edib
30.04.2026Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb
30.04.2026
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?
30.04.2026"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur
30.04.2026“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir
30.04.2026“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®
30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!
30.04.2026Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
30.04.2026Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
30.04.2026Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
30.04.2026"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
30.04.2026Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026