“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu

Redaktor

30.04.2026 14:39
82

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®

Sərfəli xidmətləri ilə tanınan “Nar” sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirərək “Ümid oturacağı” layihəsinə dəstək verib. Bakıda keçirilən tədbir çərçivəsində 6–12 yaş arası fiziki məhdudiyyətli uşaqlara xüsusi təkərli oturacaqlar təqdim olunub, ümumilikdə 60 uşaq bu təşəbbüsdən faydalanıb. Təqdim olunan vasitələr uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha fəal inteqrasiyasını dəstəkləyir, yüngül, rahat və beynəlxalq standartlara uyğun olmaqla birlikdə cəlbedici dizaynı ilə həm fiziki rahatlığı, həm də özünəinamı artırır.

“Biz “Nar” olaraq, ESG strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarının dəstəklənməsinə xüsusi önəm veririk. “Ümid oturacağı” kimi təşəbbüslər vasitəsilə fiziki məhdudiyyətli uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və onların cəmiyyətə daha fəal inteqrasiyasına töhfə vermək bizim üçün vacibdir”, – deyə “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.

Qeyd edək ki, “Ümid oturacağı” beynəlxalq sosial təşəbbüsü dünyanın 23-dən çox ölkəsində həyata keçirilərək 10 mindən artıq uşağa dəstək olub və bu sahədə nümunəvi layihələrdən biri kimi tanınır. Layihə Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfdaşlığı, İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü və “Nar”ın iştirakı ilə həyata keçirilib.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"AZAL" ilk 3 ayda 7,6 milyon manat gəlir əldə edib

30.04.2026

Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb

30.04.2026
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?

30.04.2026

"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur

30.04.2026

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30.04.2026

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®

30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!

30.04.2026

Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər

30.04.2026

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

30.04.2026

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

30.04.2026

"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

30.04.2026

Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb

30.04.2026

Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib

30.04.2026

"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir

30.04.2026

Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı

30.04.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL

30.04.2026

Prezident idmançıları qəbul edib

30.04.2026

Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı

30.04.2026

Vətəndaşlar banklara biznes, yoxsa gündəlik ehtiyac krediti üçün müraciət edib?

30.04.2026

Müştərinin məlumatlarını yayan bank kompensasiya ödəyəcək – Məhkəmə qərarı

30.04.2026

Məzənnə

Yüklənir...