Bu ölkə vətəndaşlarına pulsuz kompüterlər paylayacaq

Redaktor

10.04.2026 15:40
125

Bu ölkə vətəndaşlarına pulsuz kompüterlər paylayacaq

Cənubi Koreya azgəlirli şagirdlər üçün pulsuz kompüter və noutbukların verilməsini nəzərdə tutan dəstək proqramını genişləndirəcək.

Valyuta.az xəbər verir ki, “PC Gamer”in məlumatına görə, hakimiyyət orqanları kompüter və noutbuk qiymətlərinin artması fonunda əhali üçün dəstək tədbirləri hazırlayır. Əsas addımlardan biri kimi azgəlirli şagirdlərin dövlət hesabına pulsuz noutbuk və kompüterlərlə təmin edilməsi planlaşdırılır.

Qərarın səbəbi kimi ölkədə kompüter texnikasının kəskin bahalaşması göstərilir. Rəsmi məlumatlara əsasən, kompüterlər üzrə istehlak qiymətləri indeksi 2025-ci ilin oktyabrında 4,3 faizdən 2026-cı ilin martında 12,4 faizə yüksəlib. Bu isə həssas qruplar arasında rəqəmsal bərabərsizliyin artmasına səbəb ola bilər.

Hökumət həmçinin operativ yaddaş, kompüter və noutbuk bazarlarında nəzarətin gücləndirilməsini, paralel olaraq isə texnikanın təkrar istifadəsi proqramının genişləndirilməsini planlaşdırır. Rəsmilərin hesablamalarına görə, hər il təxminən 80 min dövlət kompüteri istismar müddətini başa vurur, onlardan təxminən 22 mini utilizasiya edilir, halbuki bu cihazların bir hissəsi əsas ehtiyaclar üçün yenidən bərpa oluna bilər.

Bundan əlavə, ölkədə üç böyük mobil operatorun tariflərinin yenidən nəzərdən keçirilməsi də planlaşdırılır. Məqsəd trafik paketi bitdikdən sonra belə minimal internet çıxışını qorumaqdır. Bu tədbirin əsasən 65 yaşdan yuxarı vətəndaşlar daxil olmaqla təxminən 7,17 milyon nəfərə təsir edəcəyi gözlənilir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...