CEO 250 milyon dollarlıq bonusa görə startapın təsisçilərini işdən çıxardı

Redaktor

31.03.2026 11:40
410

CEO 250 milyon dollarlıq bonusa görə startapın təsisçilərini işdən çıxardı

Cənubi Koreyanın “KRAFTON” şirkətinin baş direktoru Çanqan Kim bahalı satınalma razılaşmasının şərtlərini dəyişmək üçün hüquqşünaslara deyil, “ChatGPT”yə müraciət edib. Bu addım Delaver ştatının məhkəməsində araşdırılıb və nəticədə şirkətə qəbul etdiyi qərarları geri qaytarmaq tapşırılıb.

Valyuta.az xəbər verir ki, məhkəmə Kimin 250 milyon dollarlıq əlavə bonus ödənişindən yayınmaq üçün “Unknown Worlds Entertainment” studiyasının baş direktoru Ted Gilli vəzifədən uzaqlaşdırmaq planını süni intellekt vasitəsilə hazırladığını müəyyən edib.

Studiya “Subnautica” adlı sualtı sağqalma oyunu ilə tanınır. 2021-ci ildə “KRAFTON” “Unknown Worlds Entertainment”i 500 milyon dollara satın alıb. Müqaviləyə əsasən, studiya müstəqil qalmalı idi və rəhbərlik yalnız “əsaslı səbəb” olduqda dəyişdirilə bilərdi. Eyni zamanda, “Subnautica 2” oyunu müəyyən satış göstəricilərinə çatacağı halda, studiya rəhbərliyinə əlavə 250 milyon dollar bonus ödənilməsi nəzərdə tutulurdu.

Şirkət daxilində aparılan proqnozlar oyunun bu satış həddinə çatacağını göstərdikdən sonra bonus ödənişi qaçılmaz görünməyə başlayıb. Bundan sonra Kim razılaşmanı “çox yumşaq” hesab edərək hüquq komandasını prosesdən kənarlaşdırıb və “ChatGPT”dən çıxış yolu barədə plan istəyib.

Nəticədə “Project X” adlandırılan strategiya hazırlanıb. Bu planın mahiyyəti belə idi: əvvəlcə bonus şərtlərini yenidən müzakirə etmək, bu mümkün olmazsa, studiya üzərində nəzarəti artırmaq və rəhbərliyi dəyişmək. Eyni zamanda, oyunun yayım hüquqları və texniki inkişafı üzərində nəzarətin “KRAFTON”a keçirilməsi kimi addımlar nəzərdə tutulurdu. Plan həmçinin münaqişəni maliyyə məsələsi kimi deyil, “oyunun keyfiyyəti və azarkeş maraqları” kimi təqdim etməyi tövsiyə edirdi.

Şirkət daxilində bəzi rəhbərlər bu yanaşmanın hüquqi və reputasiya baxımından riskli olduğunu bildirsə də, plan icra olunub və studiyanın rəhbərləri – Ted Gill, eləcə də həmtəsisçilər Çarli Klivlend (Charlie Cleveland) və Maks MakQvayr (Max McGuire) vəzifədən uzaqlaşdırılıblar.

Delaver məhkəməsi bu addımları qanunsuz hesab edib. Hakim Lori Vill qərarında vurğulayıb ki, şirkət rəhbərliyi belə qərarları qəbul edərkən müstəqil insan mühakiməsinə əsaslanmalı, bu məsuliyyəti tam şəkildə süni intellektə ötürməməlidir. Qərara əsasən, Ted Gill yenidən baş direktor vəzifəsinə qaytarılmalıdır və ona digər həmtəsisçiləri də vəzifələrinə bərpa etmək səlahiyyəti verilib. Bundan əlavə, bonus ödənişi ilə bağlı müddət yaranmış gecikmələr nəzərə alınaraq uzadılıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...