Çində eyni anda 100 sürücüsüz taksi sıradan çıxdı

Redaktor

10.04.2026 19:16
130

Çində eyni anda 100 sürücüsüz taksi sıradan çıxdı

Çinin Uhan şəhərində 100-dən çox sürücüsüz taksi eyni vaxtda işləməyib, nəticədə bəzi sərnişinlər təxminən bir saat yarım müddətində nəqliyyat vasitələrinin içində qalıb.

Valyuta.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı “Oddity Central” yayıb. 

Məlumata görə, nasazlıq “Apollo Go” adlı avtonom taksi xidmətinə məxsus avtomobillərdə qeydə alınıb. Bu xidmət “Baidu” şirkəti tərəfindən inkişaf etdirilir.

Şahidlərin bildirdiyinə əsasən, bəzi sərnişinlər avtomobillərin qapılarını aça bilməyib, digərləri isə sıx yol hərəkəti və nəqliyyatın hərəkətsiz qalması səbəbindən yolun ortasında dayanmış maşınlardan çıxmağa ehtiyat ediblər.

Sərnişinlərdən biri bildirib ki, təxminən 90 dəqiqə boyunca robotaksi içində qalıb və dəstək xidməti ilə əlaqə saxlamaq çox çətin olub.

“Dəfələrlə zəng etdim, amma mənə yalnız mütəxəssis göndərildiyi deyildi. Saat 22:30-dan sonra isə kömək sorğusu tamamilə ləğv edildi və mən estakadada yük maşınlarının arasında qaldım”, deyə sərnişin qadın bildirib.

“Apollo Go” nümayəndələri ilkin açıqlamada hadisəyə sistem nasazlığının səbəb olduğunu bildiriblər, lakin əlavə detallar açıqlanmayıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...