Redaktor
"Dolce & Gabbana"nın rəhbərliyindən getdi - Səhmlərini də satır
İtaliyanın dəbdəbəli moda evi olan “Dolce & Gabbana”nın həmtəsisçisi Stefano Qabbana şirkətin İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi şirkət sənədlərinə istinadən məlumat yayıb.
Stefano Qabbana bu vəzifəni hələ dekabr ayında tərk edib. Yanvar ayında isə onun yerinə şirkətin digər həmtəsisçisi və baş icraçı direktoru Domeniko Dolçenin qardaşı Alfonso Dolçe təyin olunub. "Bloomberg"in mənbələrinə görə, Qabbana hazırda şirkətdəki 40 faizlik payını satmaq imkanlarını nəzərdən keçirir.
Məlumata əsasən, “Dolce & Gabbana” son dövrlərdə lüks məhsullara tələbatın azalması fonunda çətinliklərlə üzləşib. Bu vəziyyətin əsas səbəblərindən biri kimi Yaxın Şərqdəki münaqişənin gərginləşməsi göstərilir. Şirkətin mənfəəti azalıb və bu, borcların ödənilməsini də çətinləşdirib.
Kreditorlar şirkətin 450 milyon avro həcmində borcunun yenidən maliyyələşdirilməsi üçün 150 milyon avroya qədər vəsait cəlb etməyə çalışırlar. Bildirilir ki, moda evi maliyyə resurslarını artırmaq məqsədilə daşınmaz əmlak aktivlərinin satışını da nəzərdən keçirir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026