Dünyada ən çox satılan 10 smartfon -

Redaktor

09.04.2026 20:29
211

Dünyada ən çox satılan 10 smartfon - SİYAHI

2025-ci ilin dördüncü rübü üzrə "Apple" smartfonları qlobal bazarda üstünlüyünü qoruyub saxlayır. 

Valyuta.az xəbər verir ki, bu barədə "Counterpoint Research" şirkətinin yeni hesabatında bildirilir.

Hesabata görə, ən çox satılan on smartfon siyahısında "iPhone" modelləri beş mövqe tutub. Agentliyin məlumatına əsasən, dünyada ən çox satılan smartfon premium seqmentə aid olan "iPhone 17 Pro Max" olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq "iPhone 17" və "iPhone 17 Pro" qərarlaşıb. Siyahıya həmçinin "iPhone 16" (4-cü yer) və "iPhone 16e" (8-ci yer) də daxil olub.

"Apple" üçün əsas rəqib olaraq "Samsung" qalır. Şirkət əsasən "Galaxy A" seriyasının daha əlçatan modelləri hesabına siyahıda dörd mövqe tutub. Daha bir yer isə büdcə seqmentində olan "Redmi" smartfonu ilə "Xiaomi"yə məxsusdur. "Galaxy S25" isə ilk onluqda yer alan yeganə premium "Android" əsaslı cihazdır.

Analitiklərin məlumatına görə, ən çox satılan bu on smartfon rüb ərzində qlobal satışların təxminən 23 faizini təşkil edib. Təkcə "iPhone 17 Pro Max" modelinin payı isə təxminən 5 faiz olub.

Mütəxəssislər qeyd edirlər ki, "Apple" xüsusilə premium seqmentdə lider mövqeyini sabit şəkildə qoruyur. Rəqiblər isə əsasən daha münasib qiymətli modellərlə uğur qazanırlar.

Məlumata görə, yeni "iPhone" modelləri ənənəvi olaraq sentyabr ayında təqdim olunur. "Reuters"in yaydığı xəbərə əsasən, bu payızda "Apple" "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və qatlanan "iPhone" modelini təqdim edəcək. Bundan təxminən yarım il sonra – 2027-ci ilin yazında isə "iPhone 18", "iPhone 18e" və ehtimal ki, "iPhone Air 2" elan olunacaq.

Digər tərəfdən, fevral ayının sonunda "Samsung" "Galaxy S26" flaqman seriyasını təqdim edib. "Ultra" modeli stilus dəstəyini qoruyub saxlayıb, "anti-şpion ekran" funksiyası və regiondan asılı olaraq "Snap 8 Elite Gen 5" və ya "Exynos 2600" çipseti ilə təchiz olunub. "S26" və "S26+" modelləri də yeni prosessorlar əldə etsə də, onların ekranlarında anti-şpion funksiyası yer almayıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...