Dünyanın ən varlıları yayda hara gedir?

Redaktor

09.04.2026 21:59
377

Dünyanın ən varlıları yayda hara gedir? - 5 məkan

Varlıların yayı harada keçirdiyini düşünürsünüz? Adi insanlar nənələrini ziyarət edərkən, ultra yüksək sərvətə malik şəxslər dünyanın ən eksklüziv və cazibədar məkanlarında istirahət edirlər.

Onlar əlbəttə ki, ekonom siniflə uçmurlar. Onlar özəl təyyarələrlə səyahət edirlər.

Lüks imkanlardan tutmuş gözəl mənzərələrə qədər, varlıların özəl təyyarələrlə gəldiyi beş elit yay məkanı bunlardır:

Fransız rivyerası

Sen-Tropezdəki "Club 55" restoranında nahar etməkdən tutmuş Monako Qran-prisində iştirak etməyə və Sen-Jan-Kap-Ferrad kurort şəhərində özəl villalarda qalmağa qədər milyarderlər, məşhurlar və yaxta sahibləri hər yay Fransız rivyerasına toplaşır. "Blacklane" şirkətinin məlumatına görə, Nitsa Kot d’Azur hava limanı yay mövsümündə Avropanın ən sıx özəl təyyarə hava limanlarından biridir.

"Oradakı əsas cazibə onilliklərdir mövcud olan sosial ekosistemdir," — "Lamourie Media" şirkətinin təsisçisi və idarəedici tərəfdaşı Treysi Lamuri bildirib. Başqa sözlə, yay aylarını Fransız rivyerasında keçirmək status və nüfuz göstəricisidir.

Sardiniya, İtaliya

"Salt & Wind Travel" şirkətinin təsisçisi Aida Mollenkampın sözlərinə görə, Sardiniyadakı Zümrüd sahili Aralıq dənizinin ən eksklüziv yay istiqamətlərindən biridir. Hətta Olbiya Kosta Smeralda hava limanı iyun-avqust aylarında özəl təyyarələr üçün xüsusi eniş vaxtları tələb edir.

"Məkanı 1960-cı illərdə Ağa Xan krallar və milyarderlər üçün istirahət zonası kimi inkişaf etdirib və bu enerji hələ də yaşayır," — Mollenkamp deyib. "Buraya 'Hotel Cala di Volpe', 'Nikki Beach' klubu və superyaxtalarla dolu Porto Çervo daxildir."

İbiza, İspaniya

Bir çoxları İbizanı yalnız əyləncə və gecə həyatı ilə əlaqələndirsə də, Lamuri bildirir ki, şəhər artıq yüksək səviyyəli həyat tərzi mərkəzinə çevrilib və burada “lüks təcrübələr” təqdim olunur. Moda nümayəndələri, texnologiya şirkətçiləri və musiqi rəhbərləri üçün cazibə mərkəzi olan İbiza nadir yay məkanlarındandır ki, burada elektron rəqs musiqisi canlı gecə həyatı ilə yanaşı, təbii məhsullardan hazırlanan yeməklər və fərdi yoqa istirahətləri ilə birləşir. Təsadüfi deyil ki, may-avqust aylarında bölgəyə çox sayda çarter təyyarələri gəlir.

Hemptons

Manhettenə yaxın yerləşdiyi üçün Hemptons şəhərdə çalışan peşəkarlar üçün ən rahat lüks qaçış məkanıdır. "Social Life Magazine" jurnalına görə, Memorial Day-dən Labor Day-ə qədər ultra varlılar ən vacib əlaqələrini məhz burada qururlar, çünki sosial mühit ofis mühitindəki baryerləri azaldır.

Maliyyə, texnologiya və media sahəsinin nüfuzlu şəxslərini bir araya gətirən bu dənizkənarı elit məkan helikopter və özəl təyyarə uçuşlarını demək olar ki, həftəsonu rutin səyahətinə çevirib.

Aspen, Kolorado

Əsasən qış xizək kurortu kimi tanınsa da, Aspen yayda da varlıların məxfilik üçün seçdiyi elit məkanlardan birinə çevrilib. Hətta təcrid olunmuş Red Mountain ərazisi “Milyarderlər dağı” kimi tanınır. Şəhər sadə lüks, gözəl təbiət, at sürmə imkanları və mülayim hava ilə sağlamlıq həvəskarları, yaradıcı şəxslər və xeyriyyəçilər üçün cəlbedicidir. "New York Times" qəzetinə görə, "Jazz Aspen Snowmass" və "Food and Wine Classic" kimi yüksək səviyyəli tədbirlər burada xüsusi maraq doğurur.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...