Redaktor
"Ford" 30 min dollarlıq elektromobil elan etdi: "Tesla" ilə rəqabət aparacaq
"Ford" son illərdə elektrikli avtomobil istehsalı ilə bağlı bəzi planlarını ixtisar etsə də, bu seqmentdən tam imtina etmir. Şirkət indi daha çox əlçatan qiymətə elektrik avtomobillərin istehsalına fokuslanır. Şirkətin baş direktoru Cim Farli bildirib ki, elektrik avtomobil yarışında proses hələ yeni başlayır və "Ford" öz strategiyasını yeniləyir.
Valyuta.az xəbər verir ki, bu barədə "Supercar Blondie" yazıb.
Onun sözlərinə görə, şirkət təxminən 30 000 dollar qiymətə satılacaq yeni elektrik avtomobili üzərində çalışır. Bu model “Tesla”nın “Model 3” və “Model Y” avtomobilləri ilə birbaşa rəqabət aparacaq.
Farli yeni modelin UEV adlı universal elektrik avtomobil platforması üzərində qurulduğunu açıqlayıb. Platforma keçmiş “Tesla” mühəndisləri və “Formula 1” mütəxəssislərindən ibarət kiçik bir komanda tərəfindən hazırlanır.
Onun sözlərinə görə, bu platforma müxtəlif kuzov tiplərini – kompakt krossoverlərdən sedanlara və hətta furqonlara qədər – dəstəkləyəcək qədər çevikdir. Həmçinin 30 000 dollarlıq elektrik pikap modelinin 2027-ci ildə təqdim oluna biləcəyi bildirilir.
Şirkət 2027-ci ilin sonu və ya 2028-ci ilin əvvəlində “Tesla Model 3” və “Model Y” üçün birbaşa rəqib olan yeni modelini bazara çıxarmağı planlaşdırır.
Eyni zamanda, “Reuters” mənbələrə istinadən “Tesla”nın daha kiçik və ucuz krossover üzərində işlədiyini yazıb. Bildirilir ki, yeni model Çində istehsal oluna bilər.
Məlumatlara görə, avtomobilin uzunluğu təxminən 4,28 metr olacaq. Müqayisə üçün, “Tesla Model Y” 4,75 metrdir.
Yeni modelin “Tesla Model 3”dən daha ucuz olması gözlənilir. Şirkətin xərcləri azaltmaq üçün daha kiçik batareya texnologiyasından istifadə edəcəyi qeyd olunur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026