Redaktor
Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi
Xarici ölkələrə səfər edən turistlərin ilk diqqət yetirdiyi məqamlardan biri də supermarketlərdəki qiymətlər olur.
Valyuta.az xəbər verir ki, bu barədə bloger Nəcəf Əlizadə (Nadjaf Alizada) sosial şəbəkə hesabında paylaşım edib. O, Misirdə fəaliyyət göstərən supermarketlərdə gündəlik istifadə olunan məhsulların qiymətlərini Azərbaycanla müqayisə edib.
Paylaşıma əsasən, Misirdə bir sıra məşhur məhsulların qiyməti Azərbaycandakı analoji məhsullardan dəfələrlə ucuzdur.
Belə ki, “Lays” markalı çipslərin ən böyük ölçüsü Misirdə cəmi 55 qəpik olduğu halda, Azərbaycanda bu məhsulun qiyməti 1,79-3,40 manat arasında dəyişir. “Doritos” çipslərinin orta ölçüsü Misirdə 30 qəpik, kiçik ölçüsü isə Azərbaycanda 1,79 manat, orta ölçüsü isə 3,49 manat təşkil edir.
Şirniyyat məhsullarında da ciddi fərq müşahidə olunur. Misirdə şirniyyatların qiyməti əsasən 10-15 qəpik aralığında dəyişir, ən bahalıları isə 1 manatı keçmir. Məsələn, “KitKat” şokoladı Misirdə 30 qəpik olduğu halda, Azərbaycanda bu məhsul 1,55-3,29 manat aralığında satılır.
Məişət təmizləyici vasitələrdə də qiymət fərqi diqqət çəkir. “Tide” yuyucu vasitəsinin ən böyük qabı Misirdə 6 manata, Azərbaycanda isə 5 kiloqramlıq qablaşdırma 28 manata təklif olunur. “Persil” yuyucu vasitəsi Misirdə 4 manat, Azərbaycanda isə 7–20 manat arasında dəyişir. Sabunların qiyməti isə Misirdə cəmi 7 qəpik təşkil edir.
Bundan əlavə, uşaq bezləri 6 manata, bitki yağlarının ən bahalı növləri 4 manata, şirələr isə 1-1,60 manat aralığında satılır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026