Redaktor
Nazirlik "Dokta"da yoxlama apardı - Pozuntular aşkarladı
Apteklər şəbəkəsinə sahib olan "Dokta" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus apteklərdə yoxlama aparılıb.
Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) əməkdaşları tərəfindən həyata keçirilib.
Binəqədi rayonunda MMC-yə məxsus aptekdə otaqların divarları və döşəməsi hamar olmaqla özündə toz saxlamayan, dezinfeksiyaedici vasitənin istifadəsi ilə nəm təmizləməyə davamlı olan örtüyə malik olmadığı, dərman vasitəsinin (Fulisinar 15q məlhəm) saxlanma şəraitinin pozulması, resept əsasında buraxılmalı olan (euroxim 100 mg/5 ml.ş 50ml) dərman vasitəsinin reseptsiz satışı faktları aşkar edilib.
"Dokta" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə "Dokta" MMC İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilib. MMC-yə məxsus aptektdə aşkar edilmiş saxlanma şəraiti pozulmuş inzibati xətanın bilavasitə obyekti olan 3 qutu, 15q "Fulisinar" məlhəmin məhv edilməsi barədə də qərar qəbul olunub.
Qeyd edək ki, əczaçılıq sahəsində fəaliyyət göstərən "Dokta" MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur. Millət vəkili
Cavanşir Feyziyev barəsində mediada dərc edilən araşdırma materiallarında da "Dokta" MMC-nin deputata məxsus olduğu iddia edilir. Bu iddiaların təkzib olmasına dair heç bir məlumata rast gəlinmir.
Cavanşir Fyeziyevin həm də "Avromed" şirkətinin sahibi olduğu bildirilir. Bu şirkət dərman bazarının ən iri şirkətlərindən hesab edilir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026