Redaktor
Orta aylıq nominal əməkhaqqı 55 manat artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 1 099 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 55 manat artım olub.
Orta aylıq nominal əməkhaqqı iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək olub.
2026-cı il martın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər təşkil edib. Onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,5%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,3%-i təhsil, 13,8%-i sənaye, 8,6%-i səhiyyə və sosial xidmətlər, 6,5%-i tikinti, 6,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i peşə, elmi və texniki fəaliyyət, 2,4%-i maliyyə və sığorta fəaliyyəti, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışıb. Qalan 15,1% isə iqtisadiyyatın digər sahələrinin payına düşüb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026