Redaktor
"Azərbaycanda 2026-cı ilə qədər ÜDM-in artımını orta hesabla 3-4 % arasında saxlanılması hədəflənib"
Azərbaycanda ÜDM-də özəl sektorun payının 2026-cı ilə qədər 88 %-ə qədər artırılması hədəflənib.
Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və Sosial Siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.
"2022-2026-cı ilin sosial strategiyasında qeyri-neft ixracının həcminin 2021-ci ilə nisbətən 1,8 dəfə, qeyri-neft-qaz ÜDM-inin 1,3 dəfə artırılması və ÜDM-in artım tempinin 1,2 dəfə yüksəlməsi hədəflənib. Orta hesabla 2026-cı ilə qədər ümumi daxili məhsulun artım tempinin 3-4 % arasında saxlanılması hədəflənib", - deyə H. Hüseynov qeyd edib.
Onun sözlərinə görə, sosial sahə üzrə prioritetlərə nəzər salsaq, strategiyada 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında əsas hədəflərdən biri əmək haqlarının artırılması və layiqli həyat səviyyəsinin təmin edilməsinə dəstək göstərilməsidir: "Məşğulluq və muzdluların sayında özəl sektorun payının artırılması üçün zəruri stimulların verilməsi, qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, qeyri-formal məşğulluğun həcminin müəyyənləşdirilməsi, özəl sektorda şəhər və kənd arasında yaşayış standartlarındakı fərqlərin azaldılması sosial-iqtisadi inkişaf strategiyasında sosial blok üzrə əsas istiqamətlərdir".
©report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026