Redaktor
Sadə bir şikayət onu qlobal biznesə apardı - SƏHƏR OXUSU
Giriş Matrubootham (Girish Mathrubootham) Hindistan əsilli sahibkar və "Freshworks" şirkətinin qurucusudur. O, müştəri dəstəyi sahəsində sadə və əlçatan həllər təqdim etməklə tanınır və “şikayətdən doğan biznes ideyası”nın real nümunələrindən biri hesab olunur.
Valyuta.az xəbər verir ki, Giriş Matrubootham karyerasına texnologiya sahəsində başlayıb və uzun müddət müxtəlif şirkətlərdə çalışıb. Onun sahibkarlıq yoluna çıxmasına səbəb olan əsas məqam isə istifadə etdiyi müştəri dəstək xidmətindən narazı qalması olub. O, mövcud sistemlərin həm mürəkkəb, həm də kiçik bizneslər üçün əlçatmaz olduğunu müşahidə edib.
Bu problemdən çıxış edərək daha sadə, istifadəsi rahat və münasib qiymətli müştəri dəstək proqramı yaratmaq qərarına gəlib. Nəticədə o, 2010-cu ildə "Freshworks" şirkətini qurub. Platforma ilkin olaraq müştəri sorğularının idarə olunmasını asanlaşdıran alət kimi təqdim olunub və qısa müddətdə geniş istifadəçi kütləsi toplayıb.
"Freshworks" un uğurunun əsas səbəblərindən biri onun böyük korporasiyalar üçün nəzərdə tutulmuş mürəkkəb sistemlərdən fərqli olaraq, kiçik və orta bizneslərə uyğunlaşdırılması olub. Sadə interfeys və sürətli tətbiq imkanları şirkəti rəqiblərdən fərqləndirib.
Şirkət sonrakı illərdə fəaliyyət sahəsini genişləndirərək satış, marketinq və müştəri münasibətləri idarəetməsi kimi istiqamətləri də əhatə edib. "Freshworks" qlobal bazara çıxaraq minlərlə şirkət tərəfindən istifadə olunmağa başlayıb və nəticədə milyardlarla dollar dəyərində qiymətləndirilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026