Redaktor
“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edilib
“SAĞLAM AİLƏ” Tibb Mərkəzləri Şəbəkəsinin rəhbərlik strukturunda yeni təyinat həyata keçirilib.
Valyuta.az xəbər verir ki, Şəbəkənin idarəçi direktoru vəzifəsinə Vədiyə Ələkbərzadə təyin olunub.
V.Ələkbərzadə bu təyinata qədər “SAĞLAM AİLƏ” Tibb Mərkəzləri Şəbəkəsində direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda Özəl Tibb Müəssisələrinin Assosiasiyasında Hüquq və Etika Komitəsinin sədridir.
O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan Hüquqları və İnformasiya hüququ üzrə UNESCO kafedrasında müəllim kimi fəaliyyət göstərir, tibb hüququ, elektron dövlət və insan hüquqları sahələrində mühazirələr aparır.
Qeyd edək ki, o, Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb, həmin universitetin Hüquq fakültəsində magistratura pilləsini fərqlənmə ilə başa vurub. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini də fərqlənmə ilə bitirib. Hazırda süni intellekt və insan hüquqları sahəsində elmi tədqiqatlar aparır, yerli və beynəlxalq elmi jurnallarda məqalələri dərc olunub və bu istiqamətdə doktorantura təhsili alır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026