Həsən Həsənov
SER Consulting Groupun təsisçisi
İnsanlar qorxur, sahibkarlar qorxur, rəhbərlər qorxur.
Həqiqətdən qorxurlar. Çünki həqiqət adamı narahat edir, əlavə iş çıxarır, əziyyətə salır.
Məsələn, deyirsən: “Bu qədər müddətdir qan təzyiqindən əziyyət çəkirsən, niyə müayinə olunmursan?” Cavab isə çox vaxt belə olur: “Yoxlanmıram ki, birdən nəsə pis bir şey çıxar.” Xəbərimiz olmayan problem, sanki problem deyil.
Biznes idarəçiliyində də eyni mənzərəni görə bilərik. Qorxmayanda nə baş verir? İnsan komfort zonadan çıxır və təbii ki, həqiqətlə üz-üzə qalmaq çətindir. Bilmədiyimiz şeylərdən daha çox qorxuruq. Bəlkə də buna görə şirkətlərdə ekspertlər, öz sahəsinin biliciləri, yaxud ekspertyönlü rəhbər işçilər hər zaman qəbul olunmur.
Məsələn, əksər şirkətlərdə maliyyə hesabatlarının olmamasını necə izah etmək olar? Çünki orada real vəziyyət görünəcək. Həmin vəziyyəti görmək istəmirlər. Onu göstərənlərdən də qaçırlar.
Elə buna görə də bir şöbə rəhbərini sadəcə “özünə bağlı işçi” kimi görürlər, onu sahəsinin bilicisi kimi qəbul etmirlər.
Bu yazdıqlarım qınaq deyil. Hamıya aid deyil. İnsanlar bunu şüurlu şəkildə də etmir. Çoxu yaxşı adamlardır, bazarı tanıyırlar, bacarıqlı rəhbərlər və ya sahibkarlardır. Amma dediyim həqiqət dəyişmir idarəetmədə qorxular böyük rol oynayır.
İşinin ustası özündən əmin olar. Özündən əmin olan insan rahat danışar, fikri olar, yönləndirən məsləhət verər. Problemi dilə gətirməkdən çəkinməz. Belə adamlarla işləmək, belə ekspertlərlə əməkdaşlıq eləmək lazımdır. Amma çox vaxt belə insanlar “idarəolunmaz” adlandırılır.
Əslində isə yaxşı məsləhətçi, yaxşı mütəxəssis idarə olunmağa ehtiyac duymayan insandır. “Onlar söz eşitməz, etirazçı və ya çətinlik yaradan adamlardır” düşüncəsi yanlışdır. Əksinə, onlar daha rahat işləməyə şərait yaradanlardır. Biz sadəcə problem eşitməyi sevmirik. Ona görə də boşluğu göstərən adamı bəyənmədiyimizi hesab edirik.
Əgər sən yaxşı satış adamı olmusan və indi rəhbərsənsə, səndən daha güclü satış rəhbəri ilə işləməkdən çəkinmə.
Əgər maliyyə müdirliyindən rəhbər kürsüsünə gəlmisənsə, səndən daha güclü maliyyə müdiri ilə işləməlisən.
Əgər təchizatdan gəlmisənsə, səndən daha diribaş təchizatçı ilə işləməyi bacarmalısan.
Böyük dayaq filmində məşhur bir səhnə var: “Ay oğul, igidin dayağı gərək dağ olsun. Yaltaqdan yalançıdan adama məgər dayaq olar?! Dayağı dağ olanın başı göylərə çatar!
O səhnə bizə rəhbərin dəstəyinin kimlərdən ibarət olması barədə çox şey deyir. Rəhbərin gücü, özündən yaxşıları toplamaqdan qorxmamasındadır.
“Rəhbərin dayağı, dağ kimi güclü mütəxəssislər olmalıdır.”
Ən başda olmaq, ən başlı olmaq deyil. Hər şeydən başı çıxmaq da deyil. Ən başlı yoxdur!
Necə ki, klinika sahibi olan həkim “özümdən yaxşı həkimlə işləməyim” deməz, sahibkar da belə olmalıdır: özündən yaxşıları toplamaqdan qorxmamalıdır
Qorxu - idarəetmədə görünməyən, amma hər gün qərarlara təsir edən faktordur. Onu idarə edə bilən rəhbər isə həm özünü, həm də komandasını daha güclü edir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026