Redaktor
Sevgi ilə qarışdırılıb ümidlə təqdim edilən qəhvə məkanı - Trendyol əsas dəstəkçilərdəndir - REPORTAJ
Bakının əsas küçələrindən birində elə bir kafe fəaliyyət göstərir ki, bura getsəniz, “kofeni bəyənmədim”, “işçilər xoş rəftar etmirdi”, “interyeri ürəkaçan deyildi” deyə bilməzsiniz. Çünki bu kafedə çalışan işçilər dünyanın ən ali hissi - sevgi ilə müştərilərini qarşılayır və bu hislə, səmimiyyətlə onları yola salırlar. Bəli, söhbət Ü. Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən Azərbaycanın ilk və yeganə inklüziv kafesi “Kashalata”dan gedir.
“Kashalata”da fəaliyyət göstərən gənclərin əksəriyyəti neyromüxtəlifliyi olan gənclərdir. Onların burada fəaliyyəti ilə cəmiyyətə ötürdüyü bir mesaj var: “Autizm həyatı yaşamağa, sevgini paylaşmağa və uğur qazanmağa əngəl deyil”.
“Trendyol” şirkəti ötən günlərdə media nümayəndələri üçün “Kashalata” kafeyə mediatur təşkil etdi. Kafeyə yaxınlaşdıqda qapını üzümüzə gülərüz bir gənc açdı. İçəri daxil olan kimi isti bir səmimiyyətlə “Buyurun, xoş gəlmisiniz” sözlərini eşitdik. İçəridə elə rəngli, isti və sakit bir atmosfer vardı ki, ilk dəfə getməyimə baxmayaraq doğmalıq hiss olunurdu. Onların sevgi qataraq öz əlləri ilə hazırladığı şirniyyatlar məkana ayrı bir rəng qatır, içəri yayılan kofenin həzin qoxusu isə iştah açırdı.

Məkanı autizmli bir gəncin anası olan Aytən Eynalova həyat yoldaşı ilə birlikdə təsis edib. O, “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəridir. Aytən xanım deyir ki, yaşadığı müəyyən çətinliklərdən sonra bu kafeni təsis edib: “Kashalata” kafe 2017-ci ildən pilot olaraq başlanıb, 2024-cü ilin 1 oktyabr tarixindən etibarən isə ölkəmizə individual şəkildə təqdim olunur”.
Aytən xanım deyir ki, kafedə neyromüxtəlifliyi olan 10-dan çox bacarıqlı əməkdaşı var: “Ümumilikdə isə 20-yə yaxın əməkdaş bir-birinə dəstək göstərərək bu fəaliyyəti davam etdirməyə çalışır. Onların bəziləri barista olaraq kofe hazırlayır, kimisi məkanın təmizliyinə baxır, kimisi isə müştərilər üçün yemək hazırlayır”.
Bu nağıl kimi aləmdə çalışan əməkdaşlardan ikisi isə pianinoda ifa edərək bizi musiqinin ahəngi ilə başqa nağıllar aləminə aparmağı bacardı.
Daha sonra Aytən xanım sevgi dolu işçilərini media nümayəndələri ilə yaxından tanış etdi. Onların bacarıqlarına və cəsarətlərinə heyran qalmamaq mümkün deyildi. Bu gənclər arasında universitet bitirənlər, xarici dil bilənlər, musiqi alətlərində ifa edənlər, Azərbaycanın aparıcı şirkətlərində fəaliyyət göstərənlər də var. Onlar insanlara autizmin sözdə deyil, əməldə də çalışmağa əngəl olmadığını sübut edirlər.

A.Eynalova bildirdi ki, məkan dövlət və özəl qurumlarının dəstəyi ilə təsis edilib. Dövlət Məşğulluq Agentliyi kofeşop üçün bütün avadanlıqların təmin olunmasına dəstək verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) isə məkanı mebel avadanlıqları ilə təmin edib. SOCAR kafenin təmir prosesini həyata keçirib. “PAŞA Holding” kafeni məkanla təmin edib.
“Trendyol” isə iki ildir ki, burada çalışan işçilərin əməkhaqlarını ödəyərək dəstək göstərir.
“Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova bildirdi ki, “Trendyol” fəaliyyət göstərdiyi bütün ölkələrdə sosial təsir və dayanıqlılıq layihələrinə önəm verir:
“İnsanların həyatına müsbət təsir göstərmək və cəmiyyət üçün dəyər yaratmaq “Trendyol”un sosial təsir hədəflərinə daxildir. Bu məqsədlə də çalışdığımız bütün coğrafiyalarda sosial təsir və dayanıqlılıq layihələri həyata keçirir, həm müştərilərimizin, həm də orada yaşayan insanların həyatında müsbət dəyişikliklərə töhfə verməyə çalışırıq. Azərbaycanda fəaliyyət göstərdiyimiz illər ərzində korporativ sosial məsuliyyət və dayanıqlılıq strategiyamıza uyğun olaraq müxtəlif sahələri əhatə edən layihələr həyata keçirmişik. Bu layihələrin bir çoxunu Azərbaycandakı strateji tərəfdaşımız, “PAŞA Holding” ilə birlikdə reallaşdırmışıq. Həmin layihələrdən biri də “Kashalata” kafesidir. Son iki ildir ki, “PAŞA Holding”lə birlikdə kafesin Azərbaycandakı fəaliyyətinə dəstək veririk”.
“PAŞA Holding”in Korporativ Sosial Məsuliyyət Departamentinin nümayəndəsi Bəyim İbrahimova qeyd etdi ki, bu layihəyə dəstək olmaqda təmsil etdiyi holdinqin əsas məqsədi cəmiyyətə töhfə vermək və bu töhfənin real nəticələrini görməkdir: “İstəyirik ki, həyata keçirdiyimiz layihələr yalnız yardım xarakteri daşımasın, eyni zamanda gələcəkdə davamlı inkişaf edə bilən təşəbbüslərə çevrilsin. Artıq gördüyünüz kimi, bu gənclərin iqtisadi fəallığı və müstəqilliyi var ki, bu da olduqca sevindirici haldır. Layihə cəmiyyət tərəfindən də maraqla qarşılanıb və ümid edirik ki, bu təşəbbüs gələcəkdə digər layihələr üçün də nümunə olacaq.”.
Deyirlər, sevgi dünyanı xilas edəcək. Bəzən sevgi sizə təqdim edilən bir fincan qəhvədə, o qəhvəni təqdim edən gülümsəyən üzdə və o sevgi dolu qəlbi içində daşıyan bu qəhrəmanlardadır. Sizin içdiyiniz bir fincan qəhvə onların ümididir, onların sevgisinə qarşılıqdır, onların həyatda yaşamasına verilən dəstəkdir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026