Redaktor
"Silikon vadi"sinə qısa yol: İRİA müraciətlərin qəbuluna başladı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) yerli startapların beynəlxalq bazarlara çıxışını dəstəkləmək məqsədilə GOAL (Global Overseas Acceleration & Learning) proqramına müraciətlərin qəbuluna başladığını açıqlayıb.
Valyuta.Az xəbər verir ki, proqram dünyanın aparıcı innovasiya platformalarından biri olan “Plug and Play” ilə strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Təşəbbüs yerli startapların qlobal ekosistemə inteqrasiyasını sürətləndirməyi hədəfləyir.
Bildirilib ki, proqram çərçivəsində seçilmiş startaplar üçün bir sıra imkanlar yaradılacaq. Bunlara ABŞ-ın Silikon Vadisində praktiki təcrübə əldə etmək, beynəlxalq vençur kapital fondları, korporativ şirkətlər və sənaye ekspertləri ilə birbaşa əlaqələr qurmaq, həmçinin dünya səviyyəli mütəxəssislər tərəfindən mentorluq və təlimlərdə iştirak daxildir.
Məlumata əsasən, ilkin mərhələdə proqram üzrə cəmi 6 startapın seçilməsi planlaşdırılır. Seçilən komandalar innovasiya mühitində bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, layihələrini qlobal bazarlara çıxarmaq imkanı əldə edəcəklər.
Agentlik startap nümayəndələrini proqramda iştirak etmək üçün müraciət etməyə çağırıb. Qeyd olunub ki, bu təşəbbüs yerli innovasiya ekosisteminin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Proqramla bağlı ətraflı məlumat və müraciət üçün “Plug and Play” platformasının rəsmi internet səhifəsinə daxil olmaq mümkündür.
Aydın
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026