Redaktor
Şirkətlər "Expressbank"dan 4,9 milyon manat depoziti geri çəkib
2026-cı ilin ilk rübündə "Expressbank"ın xalis mənfəəti 3 milyon 272,22 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 852,24 min manat və ya 35,2% artım deməkdir.
Valyuta.az xəbər verir ki, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 72 min 490 manat təşkil edib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 59 min 190 manat və ya 44,9% azalma deməkdir.
Bununla yanaşı, faiz xərcləri artaraq 8 milyon 187,05 min manata yüksəlib. İllik müqayisədə bu göstərici 1 milyon 617,37 min manat və ya 24,6% artım göstərib. Qeyri-faiz xərcləri də artaraq 12 milyon 613,02 min manat olub ki, bu da 492 min 530 manat və ya 4,1% artımdır.
Əməkhaqqı və digər kompensasiya növləri üzrə xərclər isə nisbətən sabit qalaraq 6 milyon 259,99 min manat təşkil edib. Bu istiqamətdə 41 min 770 manat və ya 0,7% azalma olub.
Eyni dövrdə bankın aktivləri də yüksələrək 661 milyon 973 min manata çatıb. Bu göstərici illik müqayisədə 54 milyon 918 min manat və ya 9,0% artıma bərabərdir. Öhdəliklər isə daha sürətli artım nümayiş etdirərək 532 milyon 339 min manat olub ki, bu da 64 milyon 226 min manat və ya 13,7% artım deməkdir.
Balans göstəricilərinə gəldikdə, hüquqi şəxslərin depozitləri 36 milyon 205 min manat olub ki, bu da illik müqayisədə 4 milyon 85 min manat və ya 10,1% azalıb. Kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəliklər isə 188 milyon 951 min manata yüksələrək 1 milyon 535 min manat və ya 0,8% artım göstərib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026