Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənd məktəbindən Çinə getmək asan deyil"

Redaktor

24.02.2026 12:49
587

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənd məktəbindən Çinə getmək asan deyil"

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı - Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova Oxu.Az-la təəssüratını bölüşüb.

Nilufər Şükürova bildirib ki, NYU Şanxay Universitetinə müraciəti dövlət dəstəyi olmadan edib.

O qeyd edib ki, bütün sənədləri və müraciət prosesini məktəbin direktoru və sinif rəhbərinin yönləndirməsi, eləcə də tədris mərkəzinin köməyi sayəsində həyata keçirib:

"Əvvəla, qeyd edim ki, soyadım bir çox yerdə səhv yazılıb. Hüseynli yox, Şükürovadır. Universitetlərin müraciət üçün vahid onlayn platforması var. Həmin portal üzərindən qeydiyyatdan keçərək tələb olunan məlumatları, esse və digər sənədləri təqdim etmişəm. İmtahan nəticələri də sistemə əlavə olunub. ABŞ universitetlərində qəbul zamanı məktəbdəki nailiyyətlər və direktorun tövsiyə məktubu mühüm rol oynayır.

Qəbul xəbəri axşam saatlarında gəldi. Elektron məktub vasitəsilə şəxsi portalımda yenilik olduğu bildirildi. Açığı, qəbul olunacağıma ümidim var idi, amma bu məbləğdə təqaüd qazanacağımı gözləmirdim. Portala daxil olanda böyük şok yaşadım. Bir neçə dəfə nəticəyə baxdım ki, səhv görmürəm.

SAT imtahanında 1 600-dən 1 460 bal toplamışdım. Attestat üzrə göstəricim 9 bal üzərindən 8-dir. Bundan əlavə, ABŞ universitetləri dərsdənkənar fəaliyyətlərə xüsusi önəm verir. Mən də bu istiqamətdə aktiv olmuşam. Məktəb direktorunun dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə assistent professoru ilə birgə elmi məqalə yazmışam. Həmin professorun köməyi ilə bəzi şirkətlərdə təcrübə proqramlarında iştirak etmişəm. Düşünürəm ki, bu fəaliyyətlər qəbul nəticəsinə müsbət təsir göstərib".

N.Şükürova bildirib ki, ailəsi qəbul xəbərini böyük sevinclə qarşılayıb:

"Qəbul olunma ehtimalını düşünürdük, lakin bu səviyyədə təqaüd gözləmirdik. Ona görə də hamımız üçün gözlənilməz və çox sevindirici oldu. Kənd məktəbindən Çinə getmək asan deyil. Kənd məktəbində oxuyan bir şagird kimi, bu nəticə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Əldə etdiyim nailiyyətin istər Azərbaycanda, istərsə də xaricdə təhsil almaq istəyən azərbaycanlı şagirdlərə nümunə olmasını arzulayıram. Bunun üçün hər kəs özünə inanmalı və arzularını həyata keçirmək üçün intizamla çalışmalıdır. Bu uğurda məktəb rəhbərliyinin və müəllimlərimin böyük dəstəyi olub. Xüsusilə direktorun dəstəyini qeyd etməliyəm. Bu nəticəni təkbaşına əldə etməmişəm.

Uğurumda üç əsas amil rol oynayıb: birincisi, öz istəyim və bu istəyi reallaşdırmaq üçün davamlı çalışmağım; ikincisi, valideynlərimin yönləndirməsi və dəstəyi; üçüncüsü isə təhsil müddətim boyunca məni daim oxumağa həvəsləndirən, düzgün istiqamətə yönəldən və köməyini əsirgəməyən müəllimlərimdir".

N.Şükürova təqaüd məbləği ilə bağlı məqama da aydınlıq gətirib:

"Universitetin illik təhsil haqqı 69 000 ABŞ dollarıdır. Kampus yataqxanası üçün illik 6 000 dollar, tibbi sığorta üçün 5 500 dollar, dərs vəsaitləri üçün isə təxminən 1 500 dollar nəzərdə tutulur. Ümumilikdə bir illik təhsil xərci təxminən 82 000 ABŞ dolları təşkil edir.

Universitet tərəfindən mənə illik 72 000 ABŞ dolları məbləğində təqaüd ayrılıb. Qalan xərclər ailəm tərəfindən qarşılanacaq. Təhsil müddəti dörd ildir və təqaüd hər il tətbiq olunacaq".

O əlavə edib ki, NYU uzun illərdir arzuladığı universitet olub:

"Məlumat üçün qeyd edim ki, ABŞ Prezidenti Donald Trampın oğlu Nyu-York Universitetinin Vaşinqton filialında təhsil alır. Mənim qəbul olunduğum isə Nyu-York Universitetinin Şanxay filialıdır. Universitetin digər filialları da var, o cümlədən Əbu-Dabidə.

İxtisasım interaktiv media və biznesdir. Şanxay filialında təhsil alacağam və burada Çin dili də tədris olunur. Çin və Azərbaycanın müxtəlif istiqamətlərdə əlaqələri çox yaxşıdır, təhsildə də həmçinin. Çin hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir və hesab edirəm ki, bu mühit mənim gələcək inkişafım üçün böyük imkanlar yaradacaq. Gələcəkdə elmi fəaliyyətlə məşğul olmaq istərdim. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Planlarım universitetdəki təhsil prosesindən asılı olaraq daha da dəqiqləşəcək.

İngilis dilini bilirəm, fransız dilini isə müəyyən səviyyədə mənimsəmişəm. Şanxayda təhsil aldığım müddətdə Çin dilini də öyrənməyə başlayacağam".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...