Redaktor
Tullantı materiallarından istifadə edərək yaradılan moda brendi - SƏHƏR OXUSU
Təbii resursların həddindən artıq istifadəsi və sənaye tullantılarının artması son illərdə qlobal miqyasda ciddi problemlərdən birinə çevrilib. Bəzi şirkətlər, brendlər yanlız sərvət qazanmaq yox, bu kimi problemlərin həllinə də çalışır.
Valyuta.az xəbər verir ki, məhz bu problemlərin fonunda yaranan "ECOALF" brendi tullantılara fərqli yanaşma gətirərək onları dəyərə çevirən biznes modeli qurub.
Valyuta.az xəbər verir ki, İspaniyada 2009-cu ildə təsis edilən "ECOALF"ın əsas məqsədi bazarda mövcud ən keyfiyyətli məhsullarla eyni səviyyədə, lakin tam təkrar materiallardan hazırlanan geyimlər istehsal etmək olub. Şirkət bununla sübut etməyə çalışır ki, müasir tələbatları qarşılamaq üçün təbii resurslardan həddindən artıq istifadə etmək mütləq deyil və alternativ yollar mövcuddur.

Şirkətin biznesinin təxminən yarısı İspaniyadan kənarda formalaşır və əsas bazarları Avropa ilə ABŞ-dır. Brend həm onlayn satış kanalları, həm də müxtəlif ölkələrdə yerləşən mağazalar vasitəsilə fəaliyyətini genişləndirib.
"ECOALF"ın fərqləndirici xüsusiyyətlərindən biri də innovasiya və araşdırmaya verdiyi önəmdir. Şirkət plastik butulkalar, balıq torları, köhnə şinlər, qəhvə qalıqları və tekstil tullantıları kimi materiallardan istifadə edərək 300-dən çox yeni parça növü hazırlayıb. Bu materiallar daha sonra geyim, ayaqqabı və müxtəlif aksesuarlara çevrilir.
Brendin fəaliyyəti yalnız bizneslə məhdudlaşmır, eyni zamanda ətraf mühitə təsiri ilə də diqqət çəkir. Təkcə 2019-cu ilin qış kolleksiyası çərçivəsində 200 milyondan çox plastik butulka təkrar emal edilib və 38 milyon litrdən artıq suya qənaət olunub.
"ECOALF" 2015-ci ildə başladığı “Upcycling the Oceans” layihəsi ilə isə okeanların təmizlənməsinə töhfə verir. Layihə çərçivəsində minlərlə balıqçı prosesə cəlb olunub, onlarla limanda fəaliyyət genişləndirilib və yüzlərlə ton tullantı dənizdən çıxarılıb. Toplanan bu materiallar yenidən emal olunaraq yüksək keyfiyyətli məhsullara çevrilir.
Şirkətin “There is no Planet B” - yəni “Başqa planet yoxdur” şüarı isə artıq qlobal çağırışa çevrilərək minlərlə insanı ətraf mühitin qorunmasına dəstək verməyə təşviq edir.

Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026