Redaktor
"Uber" ideyası necə yarandı?
2008-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən bir tədbir zamanı amerikalı sahibkar Travis Kalanick gecə saatlarında taksi tapa bilməyin nə qədər çətin olduğunu müşahidə etdi. Həmin an yaşanan bu şəxsi təcrübə sonradan qlobal texnoloji platformaya çevriləcək biznes ideyasının formalaşmasına təkan verdi. Mövcud taksi sisteminin qeyri-effektivliyi və əlçatanlığın məhdudluğu Kalanicki və ətrafındakı şəxsləri avtomobil sifarişinin mobil tətbiq vasitəsilə daha sürətli və şəffaf formada həyata keçirilə biləcəyi barədə düşünməyə vadar etdi.
Valyuta.az xəbər verir ki, bu yanaşma sonradan “Uber” adı altında tanınan xidmətin əsasını təşkil etdi və şəhərdaxili nəqliyyat bazarına yeni model gətirdi.
İdeya 2009-cu ildə San Fransiskoda "UberCab" adı ilə praktiki mərhələyə keçdi. İlkin mərhələdə layihə əsasən texnoloji həll üzərində qurulmuşdu və böyük kapital tələb etmirdi. Lakin xidmətin qısa müddətdə istifadəçilər tərəfindən qəbul edilməsi investorların diqqətini cəlb etdi. 2011-ci ildə şirkət ilk iri investisiya raundunda təxminən 11 milyon dollar vəsait topladı və bu mərhələdə dəyəri 50 milyon dollara yaxın qiymətləndirildi. Elə həmin ilin sonlarında əlavə olaraq 32 milyon dollar investisiya cəlb olundu. 2013-cü ildə isə "Google Ventures" tərəfindən qoyulan 250 milyon dollarlıq sərmayə şirkətin bazar dəyərini təxminən 3,5 milyard dollara yüksəltdi. Bu maliyyələşmə "Uber"in qısa müddətdə ABŞ-dan kənara çıxmasına və qlobal miqyasda fəaliyyət göstərən platformaya çevrilməsinə imkan yaratdı.
Şirkətin sürətli böyüməsi Kalanickin şəxsi maliyyə vəziyyətinə də birbaşa təsir göstərdi. O," Uber"in ilk illərində böyük səhm payına sahib idi və 2019-cu ildə şirkətin birjada ticarətə çıxışı zamanı bu payların əhəmiyyətli hissəsini sataraq 2,5 milyard dollardan çox gəlir əldə etdi. Beynəlxalq maliyyə mənbələrinin qiymətləndirmələrinə əsasən, Kalanickin hazırkı xalis sərvəti bazar şərtlərindən asılı olaraq dəyişsə də, 3,6 milyard dollar ətrafında qiymətləndirilir. Bəzi mənbələrdə bu göstərici 4 milyard dollara yaxın səviyyədə göstərilir.
Paris küçələrində yaşanan adi bir nəqliyyat problemi nəticə etibarilə qlobal miqyaslı biznesin formalaşmasına səbəb oldu. "Uber" nümunəsi göstərir ki, gündəlik həyatda qarşılaşılan sadə çətinliklər düzgün ideya, vaxtında cəlb olunan investisiyalar və texnoloji yanaşma ilə beynəlxalq bazarda təsir gücünə malik şirkətlərə çevrilə bilər.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi
30.04.2026Sabahdan bəzi avtomobillər İçərişəhərə buraxılmayacaq
30.04.2026"AZAL" ilk 3 ayda 7,6 milyon manat gəlir əldə edib
30.04.2026Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb
30.04.2026
Alınmış turpaketə sonradan əlavə ödəniş istənilməsi nə dərəcədə doğrudur?
30.04.2026"Uber" tətbiqinə otel rezervasiyası əlavə olunur
30.04.2026“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir
30.04.2026“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu ®
30.04.2026
Azərbaycanda yeni qlobal alış-veriş platforması fəaliyyətə başladı!
30.04.2026Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
30.04.2026Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
30.04.2026Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
30.04.2026
"Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb
30.04.2026Kredit ittifaqlarının zərəri I rübdə təxminən 4 dəfə artıb
30.04.2026Mərkəzi Bank 3 sığorta agentinin lisenziyasını ləğv edib
30.04.2026"Euronews": Enerji böhranı Avropanın kiçik hava limanlarını məhv edir
30.04.2026Azərkosmos 32 ölkədən 4,1 milyon dollar qazandı
30.04.2026