Redaktor
Unun topdansatış qiyməti açıqlandı
Azərbaycanda unun topdansatış qiymətlərində mart ayında ciddi dəyişiklik qeydə alınmayıb.
Valyuta.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, 16 mart 2026-cı il tarixinə ölkədə un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin qiyməti əsasən 26,10-28,60 manat intervalında formalaşıb.
Aylıq müqayisə göstərir ki, 19 fevral 2026-cı il ilə müqayisədə qiymətlərin böyük hissəsi sabit qalıb. Bununla belə, bəzi müəssisələrdə cüzi dəyişikliklər qeydə alınıb. Belə ki, “ATS Mill” MMC-də 50 kq-lıq un kisəsinin qiyməti 27,70 manatdan 27,50 manata enib. “Orxan Un” MMC-də qiymət 27,70 manatdan 27,80 manata yüksəlib. “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-də isə qiymət 27,55 manatdan 27,70 manata artıb.
Digər əsas istehsalçılarda isə qiymətlər dəyişməz qalıb. Məsələn, “Dəvəçi-Taxıl” MMC-də unun topdansatış qiyməti 26,10 manat, “Dəvəçi-Dəyirman” MMC-də 26,50 manat təşkil edir. “Bakı Taxıl Terminalı” MMC, “Karmen” MMC, “PAK-NUR” firması və bir sıra digər müəssisələrdə isə qiymət 27,70 manat səviyyəsində qalıb.
Eyni zamanda bazarda ən yüksək qiymət “Azeri-Arapoğlu U.S. və T. LTD BM” tərəfindən 28,60 manat, ən aşağı qiymət isə “Dəvəçi-Taxıl” MMC tərəfindən 26,10 manat səviyyəsində təklif olunur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye
14.04.2026BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
14.04.2026Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər
14.04.2026Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
14.04.2026Avropada elektrikli avtomobil satışı rekord qırdı
14.04.2026İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır
14.04.2026AYNA-dan 1,4 milyon manatlıq tender
14.04.2026İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı
14.04.2026İşsizlərin sayı 16 min nəfər artıb
14.04.2026Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb
14.04.2026Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
14.04.2026Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub
14.04.2026IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
14.04.2026“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı
14.04.2026İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində
14.04.2026Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
14.04.2026