Yaxın Şərqdə münaqişə başlayandan Aİ-nin yanacaq xərcləri 22 milyard avro artıb

Redaktor

13.04.2026 19:41
105

Yaxın Şərqdə münaqişə başlayandan Aİ-nin yanacaq xərcləri 22 milyard avro artıb

Avropa İttifaqının enerji resursları idxalına çəkdiyi xərclər Yaxın Şərqdə davam edən münaqişənin başlanmasından sonra 44 gün ərzində 22 milyard avro artıb. 

Valyuta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, Hörmüz boğazında davam edən blokada ciddi ziyana səbəb olur. "Azad gəmiçiliyin bərpası bizim üçün prioritet əhəmiyyət daşıyır”, deyə Avropa Komissiyasının rəhbəri "Reuters" agentliyinə istinadən qeyd edib. Onun sözlərinə görə, xərclər artsa da, idxalın fiziki həcmi bir molekul belə artmayıb.

Ursula fon der Lyayen həmçinin bildirib ki, Avropa Komissiyası gələn həftə Yaxın Şərqdəki vəziyyətlə bağlı fövqəladə tədbirlər təklif edəcək. Bu tədbirlər arasında qiymətlərin azaldılması məqsədilə neft ehtiyatlarından istifadə də nəzərdən keçirilir.

Hörmüz boğazı ilə neft və maye təbii qaz daşımalarında yaranan çətinliklər ABŞ və Avropada yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub. 12 apreldə ABŞ prezidenti Donald Tramp İranla aparılan uğursuz danışıqlardan sonra Amerika qüvvələrinin Hörmüz boğazını blokadaya alacağını elan edib. Bildirilib ki, blokada 13 aprel saat 17:00-dan etibarən qüvvəyə minəcək. Xəbərdən sonra Brent markalı neftin fyuçersləri 6 dollardan çox bahalaşaraq 7 faizdən artıq artım göstərib və bir barel üçün 101 dolları ötüb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...