Yeni rəhbərin gəlişindən sonra “Azersun Holding”də iki xarici yüksək vəzifəli şəxs istefa verdi

Redaktor

13.04.2026 12:20
5,285

Yeni rəhbərin gəlişindən sonra “Azersun Holding”də iki xarici yüksək vəzifəli şəxs istefa verdi

Norbert KleinGökhan Uğurlu “Azersun Holding”də tutduqları vəzifələrdən ayrılıblar.

Valyuta.az xəbər verir ki, hər iki əməkdaş bununla bağlı “LinkedIn” sosial şəbəkəsində paylaşım edib.

Norbert Klein bildirib ki, keçən həftə “Azersun Holding”də FMCG üzrə İdarəedici Direktor və İdarə Heyətinin sədrinin müşaviri vəzifələrindən istefa verib:

"Bu qərar İdarə Heyətinin sədri Əhməd Gözəlin (Ahmad Gozal) istefasından sonra qəbul olundu. Bakıda peşəkar və güclü komanda ilə birlikdə çalışmaq mənim üçün maraqlı və dəyərli təcrübə oldu. Mənə göstərdiyiniz etimada və bu tanınmış şirkətin inkişafına verdiyiniz töhfələrə görə hər birinizə təşəkkür edirəm".

Qeyd edək ki, Norbert Klein “Azersun Holding”də 2025-ci ilin oktyabr ayından etibarən İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışıb. Həmçinin 2026-cı ilin yanvar ayından aprel ayınadək FMCG üzrə İdarəedici Direktor və sədrin müşaviri vəzifəsini də icra edib.

Gökhan Uğurlu isə paylaşımında qeyd edib ki, gərgin və eyni zamanda məhsuldar bir fəaliyyət dövründən sonra “Azersun Holding”də İdarə Heyəti sədrinin müşaviri və aparat rəhbəri vəzifələrindən ayrılmaq qərarına gəlib:

"2024-cü ildən etibarən daha korporativ, strukturlaşdırılmış və nəticəyönümlü idarəetmə modelinə keçid prosesinə töhfə vermək mənim üçün böyük şərəf oldu. “Azersun”un peşəkar rəhbər heyəti ilə birlikdə idarəetmə mexanizmlərini gücləndirdik, vəzifə bölgüsünü daha aydın şəkildə formalaşdırdıq və təşkilat daxilində liderliyi daha da inkişaf etdirdik. Rəhbərlikdə baş verən son dəyişiklikləri nəzərə alaraq, əvvəlki İdarə Heyətinin sədri ilə sıx bağlı olan rolum çərçivəsində bu mərhələdə vəzifədən ayrılmağı düzgün hesab etdim. Mənə göstərdiyi etimada, dəstəyə və nümunəvi liderliyinə görə İdarə Heyətinin sədri Əhməd Gözələ (Ahmad Gozal) səmimi təşəkkürümü bildirirəm".

Məlumat üçün qeyd edək ki, G.Uğurlu 2024-cü ilin avqust ayından 2026-cı ilin aprel ayınadək qeyd olunan vəzifələrdə çalışıb.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

TƏBİB-in yeni icraçı direktoru kimdir? - Dosye

14.04.2026

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14.04.2026

Avropada bu il gözlənilmədən populyarlıq qazanan 3 heyrətamiz şəhər

14.04.2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

14.04.2026

Avropada elektrikli avtomobil satışı rekord qırdı

14.04.2026

İki aviasiya nəhəngi birləşir - Dünyanın ən böyük donanması yaranır

14.04.2026

AYNA-dan 1,4 milyon manatlıq tender

14.04.2026

İranda iqtisadiyyata "internet zərbəsi" - Zərər açıqlandı

14.04.2026

İşsizlərin sayı 16 min nəfər artıb

14.04.2026

Azərbaycanda əhalinin sayı 4276 nəfər artıb

14.04.2026

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

14.04.2026

Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub

14.04.2026

IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib

14.04.2026

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 50 faizə yaxın azaldı

14.04.2026

İnvestorlar xoşbəxtdir: Bitcoin 4 həftənin zirvəsində

14.04.2026

Şahin Mahmudzadə: "İnsanlar lazım olduğu qədər borclanmalıdır" 

14.04.2026
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb

14.04.2026

AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

14.04.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

14.04.2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb

14.04.2026

Məzənnə

Yüklənir...